SON XƏBƏRLƏR

İranda Aştiyaninin oğlu ilə müsahibə keçirən iki xarici vətəndaş həbs edilib

2021.10.20, 07:36
İranda Aştiyaninin oğlu ilə müsahibə keçirən iki xarici vətəndaş həbs edilib

Gunaz.tv

GünAzTv: İranda daşlanma hökmü altında olan Səkinə Aştiyaninin oğlu ilə müsahibə keçirən iki xarici vətəndaş həbs edilib.

 

İranın dövlət televiziyası həmin şəxslərin turist vizası ilə ölkəyə daxil olduğunu, lakin jurnalist kimi fəaliyyət göstərdiyini bildirib.

 

43 yaşlı Aştiyani 2006-cı ildə Təbriz məhkəmələrinin  iki hökmü ilə ölüm cəzasına məhkum edilib. Birinci hökm onun həyat yoldaşının qətli ilə əlaqədar asılma, ikincisi isə xəyanət ittihamı ilə daş-qalaq cəzasıdır.  Aştiyani isə bu ittihamları rədd edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar