SON XƏBƏRLƏR

Həsən Xoy Uşağı adlı daha bir “Traxtur” tərəfdarı tutuqlanıb

2021.10.20, 07:36
Həsən Xoy Uşağı adlı daha bir “Traxtur” tərəfdarı tutuqlanıb

Gunaz.tv

GünAzTv: “Traxtur” futbol komandasının hardasa bütün müsabiqələrində tamaşaçılar qismində iştirak edən Xoylu soydaşımız “Traxtur-Neft” yarışında tutuqlanıb.

 

Oktyabr ayının 10-u (Mehrin 18-i) Təbrizin səhənd stadyomunda (stadion) keçirilən müsabiqə yekunlaşdıqdan sonra Həsən Xoy Uşağı  yaxalanıb və Təbrizin Saib xiyabanındakı ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) bölməsinə aparılıb.

 

Həsən Xoy Uşağı "Traxtur" müsabiqələrində marağlı təşviq və yazılı parçaları ilə diqqət çəkən tamaşaçılardan biri olub. O bu müsabiqədə "Azərbaycan balası Tehran Farsın qandırar – Traxturun iqzozu Neftin timin yandırar" yazılı parça daşıyıb.

 

Məlumata görə, Həsən Xoy Uşağı da Ərəbilli soydaşlarımız kimi Tamaşaçıları təhrik və ümumi zehniyyəti təşvişə salmaq ittihamı ilə məhkəməyə göndərilib.

 

O ki hamıya aydındır ondan ibarətdir ki, Həsən bəyin ittihamı ETTELAATın irəli sürdüyü deyil onun diqqət çəkən yazılı parçaları və yaxşı təşviqidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar