SON XƏBƏRLƏR

Azərbaycanın müdafiə nazirindən iranlı həmkarına örtülü qınaq

2021.10.20, 07:36
Azərbaycanın müdafiə nazirindən iranlı həmkarına örtülü qınaq

Gunaz.tv

GünAzTv: “Bəzi ölkələr sözdə Azərbaycana dost və qardaş olduqlarını bəyan etsələr də, işğalçıya iqtisadi və hərbi yardım göstərirlər.” deyə Səfər Əbiyev bəyan edib.

Bakıya rəsmi səfərə gələn İranın müdafiə naziri Əhməd Vəhidinin azərbaycanlı həmkarı, general-polkovnik Səfər Əbiyevlə geniş tərkibli və təkbətək görüşü olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Şəhidlər xiyabanını ziyarət etdikdən sonra iranlı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.Görüşdə ölkələr arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olnub. Nazir Səfər Əbiyev bildirib ki, hökumətlər arasında 2005-ci ildə hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra ayrı-ayrı nümayəndə heyətlərinin və işçi quruplarının görüşləri həyata keçirilib. Regionda əməkdaşlığın inkişaf etdirilməsi üçün sabit şəraitin mövcud olmasını əsas şərt kimi diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycan bölgədə sülhün, əmin-amanlığın hökm sürməsini istəyir: “Amma əfsuslar olsun ki, hələlik buna nail ola bilmirik. Regionda təhlükəsizliyin təmin edilməsi üçün ən böyük maneəçilik törədən problem Ermənistanın Azərbaycana təcavüzüdür. Ermənistanın təcavüzkar siyasəti regionda əsas gərginlik mənbəyidir”. Nazir Səfər Əbiyev bildirib ki, buna əsas səbəb bəzi ölkələrin Ermənistanı təcavüzkar kimi tanımaması, bəzilərinin isə sözdə Azərbaycana dost və qardaş ölkə olduqlarını bəyan etməsi ilə yanaşı, işğalçıya iqtisadi və hərbi yardım göstərməsidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar