SON XƏBƏRLƏR

Qırğızıstanda parlament seçkilərinin ilkin nəticələri

2021.10.20, 07:36
Qırğızıstanda parlament seçkilərinin ilkin nəticələri

Gunaz.tv

GünAzTv: Qırğızıstanda keçirilən parlament seçkilərinin nəticələri hesablanır. Ən son məlumatlara görə, protokolların 70 faizi hesablanıb. Bununla da, parlamentdə yer qazanan üç partiyanın adı məlum olub.

Beş faizlik baryeri ilk aşan müxalifətin “Ata-jurt” partiyasıdır. İkinci yeri isə sosial-demokrat partiyası tutur. Parlamentdə qələbəni təmin edən üçüncü partiya isə “Ar-Namıs”dur.

Bu ərəfədə Qırğızıstan prezidenti Roza Otunbayeva videomüraciətində seçkiləri yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, azad, demokratik, açıq seçkilər keçirilib.

“Biz belə seçkiləri son iyirmi ildə görməmişik. Seçkilər baş tutub və biz sizinlə bu seçkilərin əvvəlkilərdən tam fərqlənməsi ilə fəxr edə bilərik”, - deyə o bildirib (anspress).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar