SON XƏBƏRLƏR

“Traxtur” komandası öz rəqibini məğlubiyyətə uğratdı

2021.10.20, 07:36
“Traxtur” komandası öz rəqibini məğlubiyyətə uğratdı

Gunaz.tv

GünAzTv: Bu gün oktaybr ayının 10-u (Mehrin 18-i) Təbrizin Səhənd stadyomunda (stadion) Təbrizin “Traxtur” futbol komandası ilə Tehranın “Neft” taxımı arasında keçirilən müsabiqə Traxtur komandasının qələbəsi ilə başa çatdı.

 

İran üzrə superliqa rəqabətlərinin 10-cu həftəsində keçirilən müsabiqənin birinci hissəsində “Traxtur” komandası tərəfindən 2 qol (1-si penalti zərbəsi olub) vuruldu.

 

İkinci hissədə isə “Traxtur” komandası tərəfindən daha 1 qol vurularaq iki komandanın arasındakı hesab dahada böyüməyə başladı. Ancaq oyunun son qədiqələrində “Neft” komandasın;n oyunçusu milli komandamızın qapısına 1 qol vurmağa müvəffəq oldu.

 

Bununlada müsabiqə (3 – 1) nəticəsi ilə milli komandamız “Traxtur” taxımının xeyirinə yekunlaşdı.

 

Keçirilən müsabiqədə, keçmiş yarışlar kimi 10000-lə tamaşaçı “Yaşasın Azərbaycan”, “Azərbaycan yurdumuz – Traxtur bozqurdumuz”, “Türk dilində mədrəsə - olmalıdır hər kəsə” kimi milli şüarlar səsləndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar