Hansı türk ölkələri məktəblərdə hicabı qadağan edib?- Siyahı
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Netanyahu: İran rəhbərliyi sağ qalmaq uğrunda mübarizə aparır və tezliklə yox olacaq
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
GünAzTv: Ermənistan sülh yolunda 6 illik prosesi pozdu, Azərbaycan isə danışıqlar xatirinə danışıqlara getmir.
Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların dalana dirəndiyi hər addımda görünməkdədir. Bu günlərdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında çıxışı zamanı danışıqlar prosesinin Ermənistanın mövqeyi üzündən dayandığını və prosesi irəli aparmağın getdikcə çətinləşdiyini bəyan edib. Nazir Ermənistanın danışıqlardakı mövqeyinin İrəvanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığına dair mesajlar verdiyini də bildirib.
Danışıqlar prosesinin imkanlarının tükənməkdə olduğu barədə fikri işğal olunmuş ərazilərdə faktaraşdırıcı missiyanın tərkibində Bakıda olan fransalı həmsədr Bernar Fasye də təsdiqləyir. Fransalı diplomat etiraf edib ki, bu il danışıqların intensivliyi xeyli aşağı düşüb və proses ötən ilə nisbətən geriləyib. Qeyd edək ki, münaqişə tərəflərinin nəinki mövqelərini yaxınlaşdırmaq, artıq onları danışıqlar masası arxasına gətirmək belə çətinləşib. Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü bu ilin iyun ayında Sankt-Peterburqda olub. Növbəti görüşün nə zaman baş tuta biləcəyi bilinmir. Üstəlik əvvəllər beynəlxalq toplantılar və ikitərəfli razılaşmalar əsasında müxtəlif ölkələrin paytaxtlarında tez-tez görüşən xarici işlər nazirləri də danışıqları dayandırıb. Sonuncu dəfə ötən ay BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən sessiyası çərçivəsində nazirlər ancaq Minsk Qrupu həmsədrləri ilə görüşlərlə kifayətləndilər. Bu görüşlər zamanı əsas diqqət münaqişənin həllinin tapılmasına yox, işğal altındakı bölgələrə səfər edəcək beynəlxalq missiya ilə bağlı məsələlərə yönəlmişdi. Dekabrda Astanada ATƏT-in sammiti olacaq və indi vasitəçilərin əsas ümidi danışıqlar prosesinin davam etdiyi barədə görüntü yarada bilmək üçün heç olmasa bu toplantıda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək, yaxud hansısa ümumi bəyanatın qəbuluna nail olmağa yönəlib. Bütün faktlar göstərir ki, Ermənistanın danışıqlar prosesində mövcud status-kvonu saxlamaqla işğal faktını möhkəmləndirməyə hesablanmış taktikası davam edir. Azərbaycan isə işğalçı dövlətin danışıqlar prosesində konstruktiv mövqe tutacağına olan ümidlərini itirib və danışıqlar xatirinə danışıqlar aparmaq istəmir. Yəni münaqişənin həllinə dair Azərbaycanda prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra başlayan və zaman-zaman kifayət qədər intensiv xarakter alan, 6 ildir davam edən sülh prosesi Ermənistanın mövqeyi üzündən iflasa gedir.
“Praqa prosesi” necə başladı
Azərbaycanda 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişindən sonra erməni tərəfi bildirirdi ki, danışıqları bundan əvvəl Ki-Uestdə əldə edilmiş razılaşmalar əsasında aparacaqlar. Lakin Azərbaycan dövlət başçısı danışıqların sıfırdan başlayacağını elan etdi. Nəhayət, 2004-cü ilin əvvəllərində Azərbaycanın yeni prezidenti ilə Ermənistanın o vaxtkı dövlət başçısı Robert Köçəryan Astanada MDB-nin sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə ilk dəfə bir araya gəldilər. Kremlə bağlı mənbələr məlumat verdi ki, Rusiya prezidenti tərəflərə onun administrasiyası tərəfindən hazırlanmış sülh təkliflərini təqdim edib. Həmin təkliflərin əsasında Dağlıq Qarabağın statusunun səsvermə yoluyla müəyyən edilməsi ideyasının dayandığı da bildirilirdi. Astana görüşünün ardınca Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başladı. Belə məlum olurdu ki, prezidentlər sözügedən təkliflər üzərində danışıqlar aparmağı nazirlərə tapşırıblar, dövlət başçıları isə onların prosesə müdaxiləsi tələb olunanda görüşəcəklər. 2004-cü ilin yazında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın o vaxtkı xarici işlər naziri Vardan Oskanyan arasında Praqada görüş oldu və həmin vaxtdan danışıqlarda “Praqa prosesi” adını alan mərhələ başladı.
“Qızıl pəncərə” açıldı, ancaq sülh baş tutmadı
“Praqa prosesi”nin detalları xeyli müddət gizli saxlanılırdı. Lakin vaxtaşırı olaraq danışıqlara yaxın çevrələrdən müəyyən məlumatlar sızdırılırdı. Belə məlum olurdu ki, danışıqlar Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonların müxtəlif formullar əsasında boşaldılmasından və bölgənin yekun statusunun müəyyən müddət sonraya təxirə salınması, yekunda isə səsvermə yolu ilə müəyyən edilməsi ətrafında gedir. Erməni tərəfi isə bir neçə dəfə danışıqlar prosesi barədə öz maraqlarına uyğun olan məlumatlar yayaraq Azərbaycanın Dağlıq Qarabağda referendum keçirilməsi ideyasına razılıq verdiyini açıqlamışdı. Nəhayət, 2006-cı ildə belə təəssürat formalaşdı ki, tərəflər razılaşmaya xeyli yaxındır və sülhün əldə edilməsi il ərzində baş tuta bilər. Vasitəçilər isə bir-birinin ardınca 2006-cı ili münaqişənin həlli üçün “qızıl pəncərə”, yaxud “imkan pəncərəsi” adlandırırdı. Həmin il ilk dəfə olaraq Minsk Qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirlərinin müavinlərindən ibarət missiya münaqişə bölgəsinə səfər edərək prezidentləri razılaşma üçün tələb olunan siyasi iradə nümayiş etdirməyə çağırdılar. Lakin gözlənilən razılaşmanı əldə etmək mümkün olmadı. ATƏT-in Minsk Qrupu həmsədrləri 22 iyun 2006-cı il tarixində ATƏT-in Daimi Şurasına təqdim etdikləri məruzədə göstərirdilər ki, onların yanaşmalarının məqsədi münaqişənin bütün aspektlərinin bir mərhələdə həlli deyildi. Həmsədrlərin sözlərinə görə, qeyd olunan prinsiplərlə mümkün ən yüksək tərəqqiyə nail olmaq, lakin bəzi ən çətin məsələləri sonraya saxlayaraq danışıqlar aparmaq nəzərdə tutulurdu. Buna baxmayaraq, həmsədrlər bəyan etdilər ki, prezidentlər razılığa gələ bilmədikləri üçün onlar bu prinsiplərin müəyyənləşdirilməsi, ifadə edilməsi və yekunlaşdırılması işini bitmiş hesab edirlər. Həmsədrlər bildirdilər ki, əgər tərəflər irəli sürülmüş prinsiplərə dair razılığa gələ bilmirsə, onda onları qane edə biləcək alternativ razılaşmaya nail olunması məqsədilə birlikdə çalışmalıdırlar. Həmsədrlər hazırkı mərhələdə intensiv “məkik diplomatiyası”nın davam etdirilməsinə və prezidentlərin yeni görüşlərinə heç bir zərurət görmədiklərini diqqətə çatdırdılar. Rəsmi Bakı prosesin mahiyyətini açır: ərazilər qaytarılmasa, yekun status olmayacaq Minsk Qrupu həmsədrlərinin bəyanatına və danışıqlar prosesi ilə bağlı reallıqları ənənəvi olaraq təhrif etməyə çalışan Ermənistan tərəfinin qeyd olunan bəyanata dair şərhlərinə cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etdi ki, ərazilərimizin davam edən işğalı və etnik təmizləmə şəraitində Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsi mümkün deyildir. Bunun üçün Azərbaycan əraziləri işğaldan azad edilməli, münaqişə zonası demilitarizasiya olunmalı, müvafiq beynəlxalq təhlükəsizlik zəmanəti təmin edilməli və zorla didərgin salınmış azərbaycanlı əhali öz evinə qayıtmalıdır. Həmin vaxt Azərbaycan tərəfi Dağlıq Qarabağa beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində və konstitusiyasına uyğun olaraq, ən yüksək səviyyəli özünüidarəetmə statusu verməyə hazır olduğunu bir daha bəyan etdi. Həmçinin rəsmi Bakı bölgənin gələcək inkişafını nəzərə alaraq münaqişədən əvvəlki etnik tərkibin bərpasından sonra Dağlıq Qarabağın əhalisi üçün iqtisadi və digər stimulların yaradılmasını nəzərdən keçirməyə hazır olduğunu bildirmişdi.
Köçəryanı Sərkisyan əvəzləyir və Madrid prinsipləri meydana çıxır
Beləliklə, məlum olurdu ki, vasitəçilər Azərbaycana Dağlıq Qarabağın yekun statusunu referendumla müəyyənləşdirməyi nəzərdə tutan prinsipi qəbul etdirməyə çalışırlar. Lakin rəsmi Bakı bölgənin yekun statusuna ancaq ərazilərin azad olunmasından, qaçqınların qayıtmasından və onların təhlükəsizlik təminatından sonra baxa bilər. Danışıqlar prosesi davam etdi və 2007-ci ilin iyununda İlham Əliyevlə Robert Köçəryan arasında sonuncu və nəticəsiz görüş oldu. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra prosesdə bir neçə ay fasilə yarandı. 2008-ci ilin iyun ayında Azərbaycan prezidenti Ermənistanda prezident kimi səlahiyyətlərinin icrasına başlayan Serj Sərkisyanla ilk dəfə Sankt-Peterburqda Rusiya prezidentinin vasitəçiliyi ilə bir araya gəldi. Şübhəsiz ki, bu görüşdən ciddi nəticə gözlənilmirdi və ekspertlər hakimiyyətə yeni gələn Sərkisyanın hansısa qərarlar verəcəyini gözləmirdilər. Bununla belə, həmin il tərəflər xarici işlər nazirləri səviyyəsində intensiv danışıqlar apardılar. İlin sonunda Madriddə ATƏT xarici işlər nazirlərinin toplantısı zamanı vasitəçilər tərəflərə hələ 2004-cü ildən gündəmdə olan sülh təkliflərinin yeni formasını təqdim etdilər və bu sənəd Madrid prinsipləri adını aldı. Danışıqların bir neçə raundundan sonra Madrid prinsipləri 2009-cu ilin iyulunda “Böyük səkkizlər”in sammitindən sonra Ağ Ev tərəfindən açıqlandı, eyni zamanda bildirildi ki, həmsədr ölkələrin prezidentləri vasitəçilərə bu sənədi yeniləməyi və təkmilləşdirməyi tapşırıblar. Həmsədrlər sənəd üzərində iş apararaq onun yenilənmiş variantını hazırladılar və tərəflərə təqdim etdilər.
Sərkisyan iki həftə vaxt istəmişdi, 6 ay çəkdi... və Rusiyadan əcaib təklif
Nəhayət, bu ilin yanvarında Soçidə Rusiya prezidentinin vasitəçiliyi ilə İlham Əliyevlə Serj Sərkisyan arasında keçirilən görüşdə Azərbaycanın dövlət başçısı yenilənmiş Madrid prinsiplərini bəzi redaktələrlə qəbul etdiyini bəyan etdi. Ermənistan tərəfi isə təkliflərə cavab vermək üçün 2 həftə vaxt istədi. Lakin bu 2 həftə aylarla uzandı və Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə Azərbaycanın qəbul etdiyi sülh təkliflərinə cavabı yubatmağa başladı. Soçi görüşündən təxminən 6 ay sonra Sankt-Peterburqda baş tutan görüşdə isə məlum oldu ki, danışıqlarda vasitəçilik rolunu üzərinə götürən Rusiya Ermənistana prosesi uzatmağa və münaqişə ətrafında mövcud status-kvonu saxlamağa imkan yaradan ideya irəli sürür. Bu ideyanı sonradan Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlamışdı və məlum olurdu ki, Moskva yenilənmiş Madrid prinsiplərinin münaqişənin həlli üçün prinsipial əhəmiyyət kəsb etməyən, razılaşdırılmış sayılan hissəsinin imzalanmasını, ərazilərin azad olunması da daxil olmaqla, həlledici, ancaq razılaşdırılmayan prinsiplərin isə sonraya saxlanılmasını təklif edir. Bir şərtlə ki, imzalanacaq sənəddə bu prinsiplər razılaşdırılmadan münaqişənin həllindən söhbət getməyəcəyi göstərilsin. Təbii ki, bu ideya Azərbaycanın maraqlarına qətiyyən cavab vermirdi və prezident onu qəbul etmədi. Ermənistan isə hay-küy salmağa çalışdı ki, Madrid prinsiplərinin yenilənmiş variantı məhz Sankt-Peterburqda təqdim olunub və danışıqları onun əsasında aparmaq lazımdır. Azərbaycan prezidenti isə bu ilin yayında Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşü zamanı danışıqların bəzi detalları haqda danışaraq bəyan edib ki, Praqada başlayan proses münaqişənin sülh yolu ilə həlli üçün son şansdır. Əks təqdirdə, danışıqların davamı sual altında qalacaq. Belə görünür ki, Ermənistanın təcavüzün nəticələrini möhkəmləndirməyə yönələn siyasəti bu son şansı da aradan qaldırır... /Yeni musavat
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var