SON XƏBƏRLƏR

Urmu universitetində Fars və türk öyrənciləri arasında qarşıdurma olub

2021.10.20, 07:36
Urmu universitetində Fars və türk öyrənciləri arasında qarşıdurma olub

Gunaz.tv

GünAzTv: Bazar günü Güney Azərbaycanın Urmu şəhəri texniki universitetinin yataqxanalarının birinin qarşısında fars ve türk öyrənciləri arasında baş verən qarşıdurmanın əks sədası Urmu şəhərini bürüyüb.

 

9 nəfərin yaralanıb xəstəxanaya götürüldüyü və İranın Təhlükəsizlik Qüvvələri tərəfindən nəzarətə alınan kütləvi savaş Urmu əhalisi arasında narazılıq yaradıb və şəhərdə hər kəs bu qarşıdurma ilə marağlanmağa başlayıb.

 

Bu gün oktyabr ayının 9-u (Mehrin 17-i) Urmu şəhəri və universitet mühitində qeyri adi vəziyyət hakimdir və polis qüvvələri gücləndirilmiş iş rejimində universitet və və yataqxananı nəzarətdə saxlayırlar.

 

Artıq universitet müəllimlərinin bir çoxu fars öyrəncilərinin irqçi hərəkətlərindən narahat olaraq, türk cavanları və öyrəncilərinin etirazına qoşulub və fars dilində deyil türk dilində tədris etməyə başlayıblar.

 

Qeyd edək ki, bazar günü Urmu Şəhərinin Texniki universitetinin 9-cu yataqxanasında qalan 3 farsdilli öyrənciyə xiyabandan keçərkən pejo markalı avtomobil yavaşca dəyib. Bu kiçik avtomobil qəzasını bəhanə götürən fars millətinə mənsub öyrəncilər hərzamankı adətləri olaraq  söyüşə başlayıb və sürücüyə qarşı torke xər (eşşək tü...) ifadəsi işlədiblər. Onların bu tip təhqiramiz ifadələri həm xiyabandan keçən soydaşlarımızı, həmdə çəvrədə olan digər türk öyrəncilərini narahat  üdib. buda kütləvi savaşa səbəb olub və xiyabanda tıxac yaranıb.

Dava polisin müdaxiləsi ilə yatırılsada Sonralar davanın dəvamı yataqxanada baş verib və yataqxananın şüşələri qırılıb.

 

Hələlik universitetin vəziyyəti adiləşməyib. Universitetin mühiti təhlükəsizlik qüvvələrinin nəzarəti altında saxlanılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar