SON XƏBƏRLƏR

Təbriz sakini işgəncələr altında iflic olub

2021.10.20, 07:36
Təbriz sakini işgəncələr altında iflic olub

Gunaz.tv

GünAzTv: Təbriz sakini Həmid Cəhangirvəndiyan Cinayətkarlığıa Qarşı Mübarizə İdarəsində (İdareye Aqahi) işgəncələr altında qol nahiyəsindən iflic olub.

 

Adını çəkdiyimiz müttəhimin ailəsinə yaxın bir nəfər “İran İnsan Haqları” Xəbər Agentliyinə (HRANA) bildirib ki, Təbriz sakini oğurluqda ittiham edilərək Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb və orda ağır işgəncələr altında iki qolu çiyindən aşağı iflic olub.

 

Məlumata görə, müttəhim günlərlə əliqandalı şəkildə asılı saxlanılıb və onun barmaqlarına çəkiclə zərbələr vurulub.

 

Hazırda Cəhangirvəndiyan Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin 4 üzvündən şikayət edib. Ancaq şikayətdən sonra adını çəkdiyimiz idarənin əməkdaşları onu bir daha Təbriz zindanından çıxarıb öz idarələrinə aparıblar. Onlar hazırda müttəhimi təzyiq altında şikayətini geri götürməyə çalışırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar