SON XƏBƏRLƏR

“trakhtorfans.com” saytının idarəçiləri həbs edilib

2021.10.20, 07:36
“trakhtorfans.com” saytının idarəçiləri həbs edilib

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin "Araz News"-a istinadən yaydığı məlumata görə, “trakhtorfans.com” saytının 2 nəfər idarəçisi həbs edilib.

 

Mənbə tutuqlanan “traxtur” tərəfdarı və sayt idarəçilərinin kimliyi barədə heç bir məlumat açıqlamayıb. Onlar oktyabr ayının 5-də (Mehr ayının 13-ü) tutuqlanıblar.

 

Adını çəkdiyimiz sayt bir qrup “Traxtur” futbol komandasının tərəfdarları tərəfindən yaradılıb. Sayt “Traxtur” komandası barədə informasiya çatdırmaq məqsədi ilə qurulub.

 

Xatırladaq ki, İran rejiminin “Traxtur” komandasının klubuna, komandaya, onun tərəfdarlarına və komandanın xəbərinin yayanlara qarşı təzyiqi artıq adi hala çevrilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar