SON XƏBƏRLƏR

Sənəndəcdə silahlı atışma: Çoxlu ölü və xəsarət alan var

2021.10.20, 07:36
Sənəndəcdə silahlı atışma: Çoxlu ölü və xəsarət alan var

Gunaz.tv

GünAzTv: İranda Kürdistan Vilayətinin yüksək rütbəli polis rəsmisi İbrahim Kaziminəjad bildirib ki, iki nəfər naməlum şəxs gözlənilməz silahlı hücumda 5 nəfəri qətlə yetiriblər.

 

İran KİV-nin digər xəbərinə əsasən Oktyabrın 7-i axşam saatlarında Sənəndəc şəhərində naməlum şəxslər post-patrul xidməti əməkdaşlarına silahlı hücumu zamanı 5 nəfər həlak olub, 9 nəfər yaralanıb.

 

Ölənlərdən 4-ü, yaralılardan isə 5-i hüquq mühafizə orqanı əməkdaşıdır.

 

Hücumun təfərrüatı barədə hələlik geniş məlumat yoxdur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar