SON XƏBƏRLƏR

Amerikanın ATƏT-dəki səfiri: Azərbaycan və Ermənistanı Qarabağ üzrə “Yol xəritəsi”ni razılaşdırmağa dəvət edə bilərik

2021.10.20, 07:36
Amerikanın ATƏT-dəki səfiri: Azərbaycan və Ermənistanı Qarabağ üzrə “Yol xəritəsi”ni razılaşdırmağa dəvət edə bilərik

Gunaz.tv

GünAzTv: Birləşmiş Ştatlar işğal altında olan Dağlıq Qarabağda vəziyyətin gərginləşməyindən narahatdır və ATƏT-in Astanada keçiriləcək sammiti zamanı hər iki münaqişə tərəfi üçün məqbul ola biləcək nizamlanma formulunun tapılacağına ümid edir.

ANS press-in “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bunu Brüsseldə ABŞ-ın (Amerika Birləşmiş Ştatları) ATƏT-dəki nümayəndəsi Yan Kelli deyib. "Deməliyəm ki, biz Dağlıq Qarabağda təmas xətti boyunca insan ölümü ilə nəticələnən faciəvi insidentlərin artmasından çox narahatıq. Bu, olduqca əndişəli vəziyyətdir", - deyə amerikalı diplomat bildirib.

O xatırladıb ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz rolunu yerinə yetirir. Beynəlxalq vasitəçilər ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk qrupu çərçivəsində çox fəaldırlar və daima bu regionda olur, Azərbaycan və Ermənistanla siyasi rəhbərlik səviyyəsində sıx əlaqə saxlayır və Bakı ilə İrəvan arasında dialoqu dəstəkləməyə çalışırlar. "Hazırda ən mühüm məsələ tərəflərin bir-biri ilə danışıqları davam etdirməsidir. Bu diplomatik prosesi təmin etmək üçün lazımdır", - deyə ABŞ-ın ATƏT-dəki səfiri qeyd edib. Xüsusilə cari ilin yayında vəziyyətin gərginləşməsi kontekstində bu münaqişənin nizamlanmasına yeni yanaşmaların axtarılmasının nə dərəcədə mümkünlüyünə dair suala cavab verən Yan Kelli ATƏT-in 1-2 dekabr tarixlərində Astanada keçiriləcək sammitinin yeni imkanlar verəcəyinə ümid etdiyini bildirib. “Biz bu sammitə Bakı və İrəvan arasında yüksək səviyyəli dialoqun bərpası imkanı kimi baxırıq. Ümid edirik ki, hər iki tərəf sammitə qatılacaq. Biz hər iki tərəfin danışıqlar prosesi və münaqişənin nizamlanmasına aparacaq müəyyən və əsaslı prinsiplərə riayət etməyə dair üzərlərinə öhdəlik götürmələrini görmək istəyərdik. Biz tərəfləri münaqişənin nizamlanması üçün ən azından müəyyən “Yol xəritəsi”ni razılaşdırmağa dəvət edə bilərik. Bu bizim ümid etdiyimiz bir şeydir", - deyə amerikalı diplomat vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar