SON XƏBƏRLƏR

QulamHüseyn Nasiri Ərdəbil zindanında işgəncələr altında həlak olub

2021.10.20, 07:36
QulamHüseyn Nasiri Ərdəbil zindanında işgəncələr altında həlak olub

Gunaz.tv

GünAzTv: Ənbəran şəhərinin sabiq Bələdiyyə başqani Əlirza Nasirinin qardaşı Qulamhüseyn Nasirinin zindanda işgəncələr altında öldürüldüyü xəbəri yayılıb.

 

GünAzTv mətbuat mərkəzinin Güney saytlarına istinadən yaydığı məlumata görə, azərbaycanlı siyasi fəal, Əhmədinejadın fəal müxalifi sabiq Bələdiyyə başqani cənab Əlirza Nasiri keçən il işyerində yaxalanaraq naməlum istiqamətə aparılıb. Onun barəsində hələlik heç bir məlumat yoxdur. Ancaq 10 il həbs cəzasına məhkum edildiyi və hökumət işindən daimi uzaqlaşdırıldığı şayiəsi dolaşır.

 

Məlumata görə, Qulamhüseyn Nasiri qardaşının acı tale ilə bağlı uğraşdığı üçün 5 ay öncə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən tutuqlanıb.

 

Bir müddət sonra ETTELAAT məmurları Qulamhüseyn Nasirinin ailəsinə onun zindanda öldüyü barədə məlumat veriblər. Onlar qətlə yetirilmiş Qulamhüseynin ailəsinə bildiriblər ki, bu xəbəri heç bir yerdə açıqlamasınlar, əks halda onun qardaşı Əlirza Nasiri edam oluna bilər.

 

Tibbi Ekspertizanın nəticəsinə görə, məhbus elektrik şok və işgəncələr altında keçinib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar