Hansı türk ölkələri məktəblərdə hicabı qadağan edib?- Siyahı
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Netanyahu: İran rəhbərliyi sağ qalmaq uğrunda mübarizə aparır və tezliklə yox olacaq
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
GünAzTv: 2009-cu il oktyabrın 10-da Sürixdə (İsveçrə) imzalanmış Türkiyə-Ermənistan protokollarının ildönümü ərəfəsində iki ölkə arasında yenidən danışıqların getdiyi barədə xəbərlər yayılmağa başlayıb.
Xatırladaq ki, ötən həftə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün aparılan gizli danışıqlarda əsas vasitəçi olan İsveçrənin yenidən işə qarışması barədə məlumatlar yayılmışdı. Ermənistan mətbuatının məlumatına görə, İsveçrənin xarici işlər naziri Mişelin Kalmi-Rey dondurulan İrəvan-Ankara danışıqlarının yenidən başlaması üçün hər iki tərəflə gərgin görüşlərə başlandığını demişdi. Berndə Ermənistan parlamentinin rəhbəri Ovik Abramyanla bir araya gələn Kalmi-Rey İsveçrənin bu prosesdə dönüş nöqtəsi olacaq irəliləyiş əldə etməkdə qərarlı olduğunu vurğulamışdı. Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyanla Əhməd Davudoğlu ötən il oktyabrın 10-da Sürixdə ABŞ (Amerika Birləşmiş Ştatları), Rusiya və Fransanın xarici siyasət idarələrinin rəhbərlərinin iştirakı ilə iki protokol -"Diplomatik münasibətlərin bərpasına dair Protokol" və "İkitərəfli münasibətlərin inkişafına dair Protokol" imzalamışdılar. Lakin protokolların hər iki ölkənin parlamentində ratifikasiyası baş tutmadığı üçün erməni-türk münasibətlərinin normallaşdırılması prosesi dondurulmuşdu. Bu arada Ermənistan mediasında belə bir xəbər yayılıb ki, Türkiyə və Ermənistanın yüksəkçinli diplomatlarının iştirakı ilə Romada məxfi danışıqlar aparılır. Ermənistanın "news.am" xəbər saytı daşnaklara yaxın "Sardarapat Cəhdi" adlı araşdırma təşkilatından olan Tiqran Xzmalyana istinadən bildirir ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan ilə eks-prezident Ter-Petrosyanın keçmiş məsləhətçisi Jirayr Liparityan Romada türklərlə müzakirələr aparır. Danışıqların əsas mövzusu Türkiyə-Ermənistan sərhədinin açılması, habelə iki ölkə arasında diplomatik, ticari, siyasi və s. əlaqələrin qurulmasıdır. Beləliklə, bir müddət gündəmdən düşən türk-erməni danışıqları yenidən aktuallaşır. Ermənistanla protokol prosesini dəyərləndirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da bildirib ki, Türkiyə ilə Ermənistan arasındakı proses heç bir zaman bitməyib. Türkiyənin XİN rəhbəri qeyd edib ki, bu proses Qafqaz regionunda sülh bərqərar olunanadək davam edəcək. Ermənistan parlamentində çıxış edən xarici işlər naziri Edvard Nalbandyansa son aylarda Türkiyə ilə münasibətlərin normallaşması üçün müzakirələrin aparılmadığını bildirib. Ümumiyyətlə, Ankara və İrəvan Romada hansısa danışıqların aparıldığını təkzib edirlər. Baxmayaraq ki, Ermənistan XİN-dəki mənbə İsveçrənin təşəbbüsü ilə "Sürix-2" prosesinin başlandığını təsdiqləyir. Romadakı danışıqların da "Sürix-2" çərçivəsində aparıldığı istisna deyil. Təkziblərə gəldikdəsə, Türkiyə prezidenti Abdulla Gül bir qədər əvvəl artıq "səssiz diplomatiya"ya, yəni məxfi danışıqlara üstünlük verdiklərini etiraf etmişdi. Ermənistanın "Yeni Zamanlar" Partiyasının lideri Aram Karapetyanın dediyinə görə, əgər İrəvanla Ankara arasında yeni danışıqlar başlayıbsa, erməniləri yaxşı heç nə gözləmir: "İlk danışıqlarda Türkiyə bizimlə münasibətləri qaydaya salıb sərhədi açacağını vəd etmişdi. Lakin sonradan Azərbaycanın tələbləri və təzyiqləri nəticəsində Ankara bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalmalı, onun ətrafındakı bütün rayonlar da Bakıya verilməlidir. Bu, Türkiyənin Sürix protokollarının şərtlərinə əməl etmək fikrində olmaması, həmin sənəddən yalnız Ermənistanla münasibətlər qurulmasını tələb edən Qərbi və ilk növbədə ABŞ-ı sakitləşdirib Avropanın başını qatmaq üçün istifadə etmək niyyətini göstərir. Əgər indi danışıqlar gedirsə və üstəlik, həmin təmaslar barədə ictimaiyyətlə kütləvi informasiya vasitələrinə heç bir məlumat verilmirsə, deməli, Qərb məqsədlərinə çatmaq üçün səylərini fəallaşdırıb. Ermənistan prezidenti Serj Sərkisyanın əvvəlki danışıqlarda hansı mövqeni tutduğunu nəzərə alsaq, müzakirələrin ikinci mərhələsinin bizim üçün sərfəli şərtlərlə sənəd qəbulu ilə başa çatacağını düşünmürəm". Politoloq İlqar Məmmədov deyir ki, hazırda aparılan bütün danışıqlar ATƏT-in dekabrda keçiriləcək sammitinə hazırlıqdır: "Məqsəd Ermənistanı həmin sammitdə yola gətirməkdir. Əgər Madrid prinsiplərinə həmin sammitdə Ermənistan razılıq versə, bu zaman Türkiyə-Ermınistan sərhədlərinin açılması mümkünləşəcək". Politoloq Qabil Hüseynli də türk-erməni gizli danışıqlarını real sayır. Onun sözlərinə görə, Türkiyə prezidenti Abdulla Gül də "səssiz diplomatiya" deyəndə bunu nəzərdə tuturdu: "Yenidən həmin taktika davam etdirilir". Hüseynli deyir ki, Türkiyədə bəlli dairələrin erməni tutqusu olsa da, bu nəticə verməyəcək. Digər tərəfdən, ermənilər danışıqlarda səmimi deyillər. "Onlar mümkün qədər vaxt udmaq və dünyanın bir çox ölkələrində qondarma erməni soyqırımını tanıtmağa nail olmaq istəyirlər. Bundan sonra Ermənistanın Türkiyə ilə danışması xeyli asanlaşacaq. Türklər hesab edir ki, bu danışıqlarla erməniləri yola gətirəcəklər. Ancaq bunun əksinə olaraq, ermənilər daha rahatlaşırlar. Xristan dünyasının Ermənistan təəssübkeşliyi var",-politoloq deyir. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankara millət vəkili, Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının üzvü Zeynəb Dağ isə APA-nın Sürix protokollarının aqibəti ilə bağlı sualına belə cavab verib ki, bölgədə daimi sülh həm Ermənistanın, həm də Azərbaycanın lehinə olacaq: "Çünki bu bölgə Avrasiya enerji mənbələri üçün önəmli bir koridordur. Bölgədə sülh olarsa, bundan hamı qazanacaq. De-fakto Qarabağ torpaqlarının işğal altında qalması bölgədəki sülhə ən böyük əngəldir. Bu əngəl aradan qaldıralaraq bölgədə yeni bir gələcək inşa edilə bilər...Daimi sülh üçün ciddi siyasi iradənin nümayiş etdirilməsi lazımdır. Hazırda münasibətlərə sadəcə, ikitərəfli prizmadan baxmaq mümkün olmur. Ona görə də regiondakı daimi sülh prosesində geniş konsensusa ehtiyac var". Türkiyə XİN aparatının keçmiş rəhbəri, Cümhuriyyət Xalq Partiyasının (CHP) Bursa millət vəkili Onur Öymən isə Sürix protokollarını yenidən canlandırmaq üçün təşəbbüslər olduğunu söyləyib: "Xüsusilə İsveçrənin və ABŞ-da Türkiyə ilə Ermənistanın yaxınlaşmasına liderlik edən bəzi qeyri-hökumət təşkilatlarının protokolların yenidən gündəliyə gətirilməsi üçün nəbz yoxladıqlarından xəbərimiz var. Biz bu məsələni yaxından izləyirik. Hazırda protokolların yenidən gündəmə gətirilməsi üçün heç bir səbəb yoxdur. Çünki Ermənistan geri addım atmayıb, Azərbaycan torpaqlarından çıxmayıb və hər gün Azərbaycan tərəfə atəş açır. Belə bir atmosferdə protokolları hansı məntiqlə gündəmə gətirmək olar? Ermənistan Konstitusiya Məhkəməsinin qərarı var. Həmin qərardan sonra protokolların yenidən müzakirəyə çıxarılması düzgün olmaz. Türkiyə bu bir ildə çox şey itirdi". Sabiq səfir hesab edir ki, protokollar ləğv edilməlidir: "Ancaq hökumət bu addımı atmır. Bugünkü şəraitdə Ermənistanın geri addım atmağa niyyəti yoxdur. Bunu görərək onlardan nə isə gözləmək böyük səhv olacaq. Bizim vəzifəmiz Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından tamamilə çıxmasına nail olmaqdır. Bizim hökumət isə bunu bir tərəfə qoyub Ermənistanla münasibətləri yaxşılaşdırmağa çalışır. Bu, yanlış siyasətdir". Milliyyətçi Hərəkat Partiyasının (MHP) Kırıkkale millət vəkili, keçmiş səhiyyə naziri Osman Durmuş isə protokolların ləğvi üçün parlamentdə məsələ qaldıracaqlarını açıqlayıb: "Hörmətli sədrimiz Dövlət Bağçalı Əlican sərhəd məntəqəsində çıxışında Azərbaycanın işğal altındakı torpaqları azad edilməyənə qədər Ermənistanla diplomatik münasibətlər yaradılmayacağını bəyan etdi. Azərbaycan bizim doğma qardaşımızdır. Ağlını başına yığmayan qonşumuz isə Ermənistandır. Amerika, Avropa istədi deyə biz qardaşımızdan vaz keçib uşağımızı, qocamızı, qadınımızı diri-diri yandıran, Azərbaycanın beşdə birini işğal altında saxlayan Ermənistana qapımızı açacağıqmı? Bu, baş tutan şey deyil. MHP-lilər buna imkan verməz. Bu, türklüyə xəyanətdir. Azərbaycandakı qardaşlarımızın istəyi nədirsə, MHP-nin də istəyi odur. Mənim mərhum Heydər Əliyevlə görüşlərim olub. Rəhmətlik Elçibəy mənim xəstəm olub. Səhiyyə naziri olanda Azərbaycanla çox yaxın münasibətlərim var idi. Biz Azərbaycanla olan qardaşlığımızı hər şeydən üstün tuturuq. Ona görə də beynəlxalq ictimaiyyətin Türkiyəyə təzyiqini MHP qəbul etməz. Bunu bütün qardaşlarımıza bu şəkildə çatdırın". Osman Durmuş protokolların ləğvinin zəruriliyini partiya liderinə xatırladacağını bildirib: "Mən bunu hörmətli sədrimizə deyəcəyəm və İstanbul millət vəkilimiz Atilla Kaya ilə birlikdə parlamentə sorğu verəcəyik. Lakin bu hökumət protokolları ləğv etməz. Çünki özlərini hamıdan ağıllı sayırlar". Ekspress
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var