İranda həbsdə olan qadının həyatının acı sonu
İran infrastruktur müharibəsi başlayacağı təqdirdə nüvə silahına yönələ bilər, din xadimi xəbərdarlıq edib
İran müəllimləri: Təzyiq və repressiyalar dayandırılsın
İranın neft borcu 127 milyard dolları keçib
Ettelaat Sistan və Bəlucistanda əməliyyat keçirib- Ölənlər var
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
İraq səmsında İran PUA-ları vuruldu
Səudiyyə Ərəbistanı da İranı qınadı
Hörmüz boğazında daha bir tankerin dronla vurulduğu bildirilir
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Məşhəddə təbrizlilərlə yəzdlilər arasında qarşıdurma olub
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
İranda Hörmüz boğazının açılması ilə bağlı parlament mübahisəsi Maskat danışıqlarını çətinləşdirə bilər
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
İranın Hörmüz boğazında gəmiçiliyi pozmaq imkanları azalır
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Misir Məkkə paktına qoşulmaq imkanını nəzərdən keçirir
Sərəskənddə yol-nəqliyyat hadisəsi- Ölənlər var
Hakan Fidan: Türkiyə Misirin Məkkə sazişinə qoşulacağına ümid edir
Hörmüz boğazında ADNOC-un iki gəmisi hücuma məruz qalıb
İran XİN: ABŞ-la vasitəçilər üzərindən danışıqlar davam edir
İranda silahlı insident - Dörd nəfər öldürüldü
İranda daha bir məhbus öldürülüb
Təbriz- Tufarqan yolunda iş qəzası- Ölən və yaralananlar var
İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görüləcək - Bessent
KİV: ABŞ “George Washington” aviadaşıyıcısını Yaxın Şərqə göndərəcək
Rusiya neft tankeri Oman sahillərini təhdid edir
SEPAH: Hörmüz boğazı İranın nəzarətindədir
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna dron hücumu edib
Husilər Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum edib
İranın dəniz mühasirəsi qeyri-müəyyən müddətə davam edə bilər
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
İranda hicaba görə daha iki iaşə obyekti bağlandı
Güneyli yeniyetmə Asiya çempionu oldu
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə sazişi çərçivəsində hərbi mexanizmlər yaradacaq
SEPAH-ın Qüds Qüvvələrinin komandanı İraq qruplaşmalarını silahlarını saxlamağa çağırıb – Al Hadath
"Traktor" oyunlarını Omanda keçirəcək
Kəleybərdə qızıl filizinə görə 15 nəfər həbs edildi
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İranlı deputat: Hörmüz boğazı nüvə bombasından daha dəyərlidir
GünAzTv: PKK terror təşkilatının rəhbəri Abdulla Ocalanın sağ əli vəkil Hüseyn Yıldırım illərlə sürən sükutu pozaraq Cahan Xəbər Agentliyinə müsahibə verib.
Hüseyn Yıldırım kimdir?Hüseyn Yıldırım bir vaxtlar Ocalanın Avropada nümayəndəsi olub. 1937-ci ildə Tuncelidə doğulub, 1969-cu ildə Istanbul hüquq fakültəsini bitirib. Müstəqil vəkil kimi çalışmağa başlayıb. 1980-ci ilin sentyabrında 11 ay həbsxanada yatıb. 1988-ci ildə Beka Vadisinə Abdulla Öcalanın yanına gedib. Bir müddət sonra Öcalanla aralarında fikir ayrılığı yaranıb. Isveçə köçüb. 1987-ci ildə Ulof Palmeyə sui-qəsdlə bağlı gözaltına alınıb. 8 gün sonra azadlığa buraxılıb.Ocalanın Kürd davası...PKK terror təşkilatının rəhbəri Abdulla Ocalanın sağ əli vəkil Hüseyn Yıldırım illərlə sürən sükutu pozaraq Cahan Xəbər Agentliyinə müsahibə verib. Isveçdə sığınacaq alan vəkil müsahibəsində bildirib ki, kürdlər öz iradələri ilə yaşamalıdırlar, bir adamın iradəsinin quluna çevrilməməlidirlər. Ocalana inanmadığını dilə gətirən vəkil bildirib ki, onun dərin dövlətə bağlılığına şübhə ilə yanaşır... “Ocalanının Yunanıstanda həbs edilməsi, Imralıya gətirilməsi bir qaranlıq səhifədir. Hətta bu məsələni təhlil etmək üçün Uğur Mumçu Isveçə gəlmişdi. Mənimlə görüşmək istədi. Məhz bu məsələni araşdırırdı. Mənə görə onun öldürülməsinin əsas səbəbi budur. Həyat yoldaşı Kəsirə Aponun bütün gizli əlaqələrini öyrənmişdi. Dərin dövlətlə bağlı münasibətlərini üzə çıxarmışdı. Ocalanın kürd məsələsi ilə heç bir əlaqəsi, istəyi, bağlılığı yoxdur. Sosializmlə də onu heç bir tellər bağlamır”.Stokholmda bir dostunun evində 4 saat müsahibə verən Yıldırım Diyarbəkr cəza evində Əhməd Türklə birgə yaşadığı işgəncələrdən, Ocalanla Şamda keçirdiyi günlərdən və Öcalanın həyat yoldaşı Kəsirə haqqında danışıb: “Dünyanın heç bir yerində qarşıdurmanı birtərəfli həll etmək mümkün deyil. Öncə silahlar susmalıdır. Bunu birtərəfli həyata keçirmək də olmur. ”Silahları təhvil verin" deməklə də iş bitmir. Bu adamlar qoyun-quzu deyil ki, istədiyin yerə sürəsən. Sən şərtlərini açıqlamalısan. Mən dağa çəkilən uşaqların çoxunu tanıyıram. Bunlar boş yerə dağa çıxmadılar ki. Həsən Cəmilin “Kürdlər” adlı bir kitabı var. Bu kitabda Diyarbəkr cəza evində saxlanılan Cəmiloğlu bilirsiniz nə deyirdi: “Gənc olsaydım, dağa çıxardım!”. BDP-nin kürd siyasəti Istər BDP, istər dağlarda vuruşanlar kürdlər üçün ağır və acı bir siyasət yürüdürlər. Indi siz sülh istəyirsinizmi? Həm türk iqtidarı, həm kürdlər iradəni Imralıya, Öcalana bağladı. Bu gün də vəziyyət eynidir. Mən Öcalanı çox yaxşı tanıyıram. Onun qəlbində nə kürd eşqi, nə də kürd davasıyla bağlı bir dərdi. Onun heç bir siyasəti yoxdur, necə deyərlər, onun siyasəti siyasətsizliyidir. Bir Əhməd Türk vardı, onu da aradan çıxardılar. O, bütün bu qaranlığa aydınlıq gətirmək istəyirdi. Bu açılardısa, Aponun sonu olardı... Elə düşünməyin ki, BDP bu hadisələrin açılmasını istəyir. Əminə Ayna kimdir? Bilirsiniz? Imralıdan və dağlardan idarə olunan bir qadın. Bu kürd məsələsində önəmli bir adam deyil. Iranda IRA silahları nə vaxt təhvil verdi? Barışıqdan sonra. Türkiyədə belə olmalıdır. Xalqın inandığı ziyalılarla bir araya gəlmək və məsələni müzakirə edib bir ortaq nəticə çıxarmaq lazımdır".Hüseyn Yıldırım daha sonra deyir: “Mən bu gün xalqın qarşısına çıxmaq istəmirəm. Amma bunu demək istəyirəm: kürdlər bir xalqdır. Onların da hüquqları var və bu hüquqlar yeni Anayasa ilə tanınmalıdır. Kürdlərlə türklərin ayrılması mümkün deyil. Bu söhbəti ortaya atanlar ara qarışdırırlar, saxtakarlıq edirlər. Min illərlə bir yerdə yaşamış xalqıq, mən ayrılmaq istəmirəm. Mənim minlərlə türk qardaşlarım, dostlarım var, araya sərhəd qoymaq istəmirəm. Bu hər ikimizə ziyandır. Çünki bu ayrılıq bizləri ona-buna yem edər. Bir də Türkiyədə hər millət özəlliklə öz mədəniyyətini, dilini yaşada bilərsə, bundan heç kim ziyan görməz. Buna nail olmaq üçün Imralı ortadan çəkilməlidir. BDP bir məhkum kimi Öcalana sahib çıxır, qoy çıxsın, amma iradəsini ona bağlamasın. Öcalanın direktivləri ilə hərəkət etmək milləti fəlakətə, uçuruma aparır”.Kəsirə Ocalan həqiqətləriHüseyn Yıldırım Öcalanın həyat yoldaşı Kəsirə Öcalan haqqında bunları deyib: “Kəsirənin öldürüləcəyini hələ Şamda anlamışdım. Həbs edilib Yunanıstandakı düşərgəyə göndərildi. Çox əziyyət çəkir, sıxılırdı. Burda da kişilərin paltarlarını ona yudurdurdular”. Vəkil Hüseyn Yıldırım deyir ki, Kəsirəni ilk dəfə Şamda görüb: “Mənimlə Isveçə gəlmək istədi. Isveçdə yaşam hüququ almışdı, pasportu da vardı. O zaman Apo buraxmadı. Kəsirə adi insan deyildi. Bilikli və bicdi. Müəllimliyi qurtarmışdı. Apoya yol göstərən Kəsirə idi. Apo əvvəllər bunu tez-tez deyərdi.Apo həyat yoldaşı haqqında deyərdi ki, aristokrat bir ailədəndir. Biz kənd uşaqlarıyıq. Kəsirə isə onun haqqında belə deyərdi: mən onu barmağımda oynadıram. 1978-ci ildə evləndilər. 1986-cı ildə PKK-nın Nitekim konfransında Kəsirəni alçaltdılar və həbs edildi. Onu bir çox məsələdə günahkar saydılar. Kəsirə PKK-dan mənimlə eyni zamanda ayrılmadı. Ankarada Nadirə adlı bacısı vardı. Hollandiyada yaşamaq hüququ almışdı. Kəsirənin vəziyyəti ilə bağlı ona xəbər göndərdim. Kəsirəni düşərgədən onlar qaçırdılar və Berlinə apardılar. Bu adamlar PKK-dan mənimlə birlikdə ayrılmışdılar. Biz o vaxt PKK içində bir qrup yaratmışdıq. Mən əslində Kəsirənin bizə qarışmasını istəmirdim. Çünki Kəsirənin günahları çoxdur. PKK-da bir çox adamları öldürtdürdü. Düzdür, tətiyi özü çəkmədi, amma bu adamların öldürülməsinə səbəb oldu. PKK içində təfriqə saldı, qarşıdurma yaratdı. Yaxınlarıma dedim ki, bu qadını gətirmisiniz, onunla yaxşı davranın, qoyun bildiklərini bizə danışsın. Kəsirə mənə Apoya qarşı çox diqqətli olmağı məsləhət görürdü. Apoyla bağlı deyirdi ki, “görürsən, özünə yaxın gücləri hərəkətə kətirir”.Əlbəttə, bu söz-söhbət çoxdan gedir. Yəqin ki, siz də soruşacaqsınız: Kəsirənin atası MIT agenti olmayıb ki? Mən deyə bilmərəm ki, agentdir, yoxsa agent deyil. Amma bunu deyə bilərəm ki, o, Yunanıstandan Almaniyaya qaçırıldı, burda 10 gün yaşamaq hüququ aldı".Hüseyn Yıldırım onunla Sovet Ittifaqının Berlindəki səfirliyində görüşdüyünü, bir müddət burada yaşamaq üçün icazə aldıqlarını deyir:“Kəsirə Aponun gizli əlaqələrini öyrəndi. Dərin dövlətlə olan əlaqələrini. Aralarındakı ayrılıq da bununla başladı. Kəsirə danışsa, yer ayaq altından qaçar. Aponun hamı ilə əlaqələri aydınlaşar. Bundan sonra Aponun bir kimsəyə deyəcək sözü qalmaz. O, kürdlərin gözündə heç kimə dönər.Kəsirə agent deyil. Bunu deyənlər günaha batırlar. Bu söz-söhbət onun atasıyla bağlıdır. Mən onun atasının agent olmasını nə təsdiq, nə rədd edirəm. Bununla bağlı araşdırmalar var, sənədlər əlimə keçsə, deyərəm. Məhkəmələrin arxivi açılsa, Kəsirənin atası Əli Yıldırım haqqında hər şey məlum olar.Məsələn, 1938-ci ildə əməliyyatlar başlayanda türkcə bilənlərə çox ehtiyac vardı. Əli Yıldırımın o zaman 20 yaşı vardı və oxumağı, yazmağı bilirdi. O, verilən bütün əmrləri yerinə yetirmişdir. Lakin Əli Yıldırım məhkəmələrdə şahidliyini rədd edir. Qaraqoçanda zabitlərə katiblik edib. Bunu onun ən yaxınları da deyirlər. Atası agent olubsa belə burda övladın nə günahı var? Mənim əlimdə çox sənədlər var, amma Öcalanın agent olduğunu deyə bilmirəm. Onun dövlətlə çox sayda əlaqələri var". Aponu öldürməyə cəhd...“Kəsirə Öcalanın yerinə göz dikmişdimi” sorğusunu vəkil belə cavablandırır: “Mən əslində Kəsirənin PKK-ya, bizim qrupa daxil olmasına tərəfdar deyildim. Biz Kəsirədən çox fərqli düşünürdük. Kəsirə PKK-nın siyasətini dəyişmədən davam etdirmək istəyirdi. Biz bu siyasətin əleyhinəydik. Amma Kəsirənin bir məqsədi vardı: Öcalan rəhbərlikdən getsin, o gəlsin! Biz buna qarşı çıxırdıq. Dəstədə düşünən beyinlərin çoxu öldürülmüşdü. Kəsirə bunu təxribat kimi qiymətləndirirdi. Amma biz düşünürdük ki, mübarizəmizin bu vəziyyətə düşməsində, Aponun qan tökməsində, diktatorluq etməsində hamımız günahkarıq. Hər kəs də öz günahına görə cavab verməlidir.Kəsirə bizimlə söhbətlərdə artıq bunu anlamışdı: Bunlar indidən keçmişə görə cavab istəyirlər. Çünki Kəsirə günahkardı. Çünki Çətin Gündor müxalifətində qətlə yetirilən insanlara görə Kəsirə məsuliyyət daşıyır. Bu məsələni o ortaya atdı, sonra özü də başladı. Kəsirə bizim fikirlərimizi bilirdi, buna görə aramıza nifaq saldı. Məni telefonla axtarıb “onun-bunun agent” olduğunu söyləyəndə deyirdim: “Bir daha mənə zəng etmə, səninlə heç bir əlaqəm yoxdur, sən hər şeyə PKK məntiqi ilə baxırsan, mən qardaşlarıma xəyanət etmərəm”. Bundan sonra əlaqələrimiz kəsildi. Sonra Mehri Bellinin yanına getdi. Mehriyə “Siz mənim işimə qarışmayın, mən sizin işinizə qarışmayacağam”- dedi. Sonra izsiz yoxa çıxdı.Mehri Belli Apodan qabaq PKK-ya xəyanət edənlərə edam fərmanı verən bir adam idi. Amma o, Kəsirəyə qarşı bir söz danışmır, onunla hörmətlə davranır. Çünki Kəsirə onun yanındadı. Kəsirə ilə Aponun münasibətlərinin pozulması nəyinsə haqqında düşünməyə imkan verən bir məsələ deyilmi? Kəsirə niyə heç nə danışmır? Ya onun Apo ilə arasında gizli bir anlaşma var, ya da dövlət onu danışmamağa məcbur edir?Kəsirə: “Çobanla evlənərdim, Apoya ərə getməzdim”Kəsirə deyirdi ki, çobanla evlənərdim, Apoya ərə getməzdim. Qardaşlarım məcbur etdi, bununla evlənəcəksən, - dedilər. Amma sevgisizliyin Kəsirədən, yoxsa Apodan gəldiyini bilmirəm. Mən onu deyə bilərəm ki, bir dəfə Kəsirə Aponun gizli əlaqələrindən xəbər tutdu. Dövlətlə gizli əlaqələrinin olması onu yaman hirsləndirmişdi. Elə ayrılıq burdan başladı. Amma qurduqları ailə məhəbbətə söykənmirdi. Kəsirənin özündən eşitmişdim. Bəs Apodan niyə yaxa qurtarmırdı? Düzdü, Aponun qadınlarla əlaqələrindən danışırlar. Amma əsas məsələ bu deyil. Kəsirə mənə deyirdi: “Görürsən, bağlı olduğu gücləri hərəkətə gətirir”. Bəs Kəsirə Aponu ortadan götürmək istəyirdimi? Belə söz-söhbət vardı. Hətta bununla bağlı bir sürücü də öldürülmüşdü. Onlar hələ məhkəmədə boşanmayıblar, buna görə də nikahlı sayılırlar.Kəsirə agent deyil. Çox hikkəli qadındır. Amma PKK-nın talan və ölümlərində rolu böyükdür. Aponu diktator edənlərdən bəlkə ən birincisidir. Kəsirə Isveçdə yaşamaq hüququ alıb, amma indi dil öyrənmək üçün Ingiltərəyə Yörükoğlunun yanına gedib. Hollandiyada qohumları var. Hərdən ora gedib-gəlir...Apo özündən başqa bir kimsəni qiymətləndirmədi. Həm özünü, həm də Çətin Güngörü, Dilavər Yıldırımı, Mahsun Qorxmazı məhv etdi. Indi Öcalanın dərin dövlətə münasibətindən çox danışılır. Həqiqətdəmi belə əlaqələr olub? Mən Ocalanın Şamda olarkən əlaqələrindən danışa bilərəm. Onun ən yaxın adamları Atif Hocalı, Doğu Perinçek idi. Bunlar dərin dövlətin adamları çıxdılar. Bəlkə Öcalan da dərin dövlətlə bağlıdır?Mən PKK-çı deyildim Mən terrorçuluq etmədim. Diyarbəkrdə yaşananları anladarkən özümü PKK-nın içində tapdım. Ətrafımda çoxlu PKK-çı vardı. 1988-ci ildə Şamda olanda Öcalanı təhlil etdim. Onda anladım ki, bu adamın kürd məsələsi, mübarizə və sevgisi ilə heç bir əlaqəsi yoxdur. Bu adam güc sahibi olmaq istəyirdi. M.Əli Biranda nə deyirdi: “Mən getsəm, dövlət qarşısına 40 PKK çıxar”. Bununla nə demək istəyirdi? Mənimlə yola gəlin, PKK-ya son qoyum. Öcalan hazırlanmışdı, amma maşından düşməmişdi, Məhmət Əli Birand dedi: “Mən ölkəmi çox sevirəm, ölkəmin parçalanmasını istəmirəm. Sizin dediklərinizin çoxuna ortaq olmuram. Amma qəzetçiyəm, qanunların və zamanın imkan verdiyi qədər dediklərinizi efirə verəcəyəm”. Öcalan o zaman dedi: “Bizim ölkəni bölmək istədiyimizi kim dedi?! Bizim müstəqil olmaq istəyimiz yoxdur!”.Vəkil deyir ki, Doğu Perinçek onunla ən azı 40 dəfə görüşməyə cəhd edib. Amma o bu istəkdə olmayıb. Vəkil o adama inanmadığını söyləyir. Onun Apoyla bir-birinə düşmən kimi baxmasının bir oyun olduğunu söyləyir: “Doğu bir dəfə telefonda mənə dedi: ”Apoyla sənin haqqında danışdım". Mənsə “səninlə danışılası bir şeyim yox” - dedim... Öcalan Avropaya niyə gəldi?Öcalan bir gün mənə təlimat göndərdi. Mübarizə çətinləşdi, Suriyada qala bilmirik. Mən qərargahımı ölkəyə köçürürəm. Az keçmiş mənə ayaqçı ilə belə bir təlimat da göndərdi. “Avropada hökumətlərlə danışıqlar apar, mənim ora gəlməm üçün yer hazırla!”. Yoxsa Apo nə etdiyini bilmirdi: bir tərəfdən ölkəyə köçəcəyini deyir, o biri tərəfdən Avropada sığınacaq axtarırdı... Mən ilk olaraq Parisdə yunanlarla görüşdüm. “Həmən gəlsin, yeri hazırdır” - dedilər. Öcalana telefon açdım. “Yunanıstan sizə yer verməyə hazırdır” - dedim. Sonra o mənə Avstriyaya baş vurmağı tapşırdı. Sonradan isə mənə Imralıdan belə bir xəbər göndərdi ki, guya mən onu CIA və MIT-in güclü olduğu Avstriyaya aparmaqla məxfi orqanlara təhvil verirdim. Bəs o niyə Yunanıstanı seçdi?Bir məsələyə diqqət yetirmək yerinə düşərdi. Öcalanı həbs edib Türkiyəyə gətirmişdilər. Onun edam edilib-edilməyəcəyi müzakirə olunurdu. Ortaq hökumətdə təmsil olunan Ecevit və Baxçalı Öcalanın asılmasına tərəfdardılar. Bu vaxt MIT nümayəndəsi Atəşgün bir sənəd gətirdi və onu Ecevitə verdi. Bu, bir səhifəlik sənəddi. Ecevit bu sənədi Baxçalıya da göstərdi. Məsut Yılmaz Baxçalını ayrı otağa çağırdı. Təkrar toplantıda Baxçalı edam fikrindən daşındı.MIT nümayəndəsi gətirdiyi sənəddə nə yazılmışdı?".Hüseyn Yıldırımın fikrincə, burda iki məsələ təklif oluna bilərdi. Ya edam etməmək haqqında Amerikaya söz verilmişdi, ya da “bu bizim adam”dır sözləri...
Azadlıq
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
İranda silahlı insident - Dörd nəfər öldürüldü
Təbriz- Tufarqan yolunda iş qəzası- Ölən və yaralananlar var
İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görüləcək - Bessent
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Pezeşkianın müşaviri ABŞ ilə danışıqları müdafiə edib
Sepah-da qulluq edənlər Kanadadan qovulur
Bab əl-Məndəbdəki hücumların qarşısını almağa kömək edin - Takaiçi
İranda yanacaqdoldurma məntəqələrində izdaham yarandı
Hindistan İrana dərman ixracını dayandırıb- Nazir
Hörmüz boğazında gəmiçilik son həftənin ən aşağı səviyyəsinə düşüb – Reuters
İranda minlərlə məhbus yenidən aclıq aksiyası keçirdi
İranda oğurlanan hökumət məddahı öldürülüb
İki bəluc fəala ağır həbs cəzası verildi
İranda hakimiyyət balansı dəyişirmi? Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin oluna bilər
İran rəhbərliyi Müctəba Xameneinin səhhətinin ağırlaşmasından narahatdır
WSJ: ABŞ kəşfiyyatı Putinin yaxın illərdə NATO-ya məhdud hücum edə biləcəyini düşünür
Fox News: İsrail və ABŞ İranla gərginlik fonunda "Arrow" raketdən müdafiə sistemini uğurla sınaqdan keçirib
Qəzvinli 18 yaşlı azərbaycanlı şagird Şəqayiq Əfşar Nəcəfi 9 il həbs və əlavə cəzalara məhkum edilib
İranın dəstəklədiyi husilər Məkkə Birgə Müdafiə Sazişini əhəmiyyətsiz sayıb
İranda çevrilişə çağırış edən radikal din xadimi məhkəməyə çağırıldı
İran Azərbaycanla bağlı ideoloji təbliğatını artırıb
Məkkə sazişi; yeni müdafiə paktı Yaxın Şərqin təhlükəsizlik balansını dəyişəcəkmi? – Təhlil
The Jerusalem Post: Rejim dəyişikliyinin baş tutması üçün İrandakı etnik qrupların birliyi olmalıdır
Qəzvində 24 yaşlı qadın edam edildi
İraqdan açıqlama: İranla əlaqəli qrup əməliyyat planlaşdırıb
ABŞ Senatı İran və Rusiya ilə bağlı qanun layihəsini təsdiq etdi
Türkiyə: Məkkə sazişi İrana qarşı deyil
Güneyli fəalın meyiti tapıldı
Xamenei mart ayında ölüb - Lisak