SON XƏBƏRLƏR

Səkinə Aştiyanının uşaqları Berluskonidən kömək istəyib

2021.10.20, 07:36
Səkinə Aştiyanının uşaqları Berluskonidən kömək istəyib

Gunaz.tv

GünAzTv: İranda zina və ərinin qətlində iştirakda günahlandırılan və daşqalaq edilməklə edam cəzasına məhkum olunan Sakinə Məhəmmədi Aştıyaninin uşaqları İtaliyanın baş naziri Silvio Berluskonidən kömək istəyib.    Aştıyaninin uşaqları Fəridə və Səyyad İtaliya prezidentinə anasını edam cəzasından xilas etməsi üçün "bizi tək buraxmayın" müraciət edib. Bu barədə APA DHA agentliyinə istinadən xəbər yayıb.   42 yaşlı Aştiyaninin uşaqları İtaliyanın informasiya agentliyi vasitəsilə İtaliya Baş naziri Berluskonidən siyasi sığınacaq istəyib. Aştiyaninin uşaqlarının sözlərinə görə, İranda onlar həbs olunma risqilə qarşı-qarşıya qalıblar.    2006-cı ildə zina etməkdə günahlandırılan və həbs olunan Aştiyanin əvvəl uşaqlarının qarşısında qırmanclanma cəzasına məhkum edilib. Daha sonra ərinin qətlində iştirak iddiası da əlavə edilərək, ona daşqalaq cəzası verilib. Bu qərar dünyanı ayağa qaldırdı. Hətta Braziliya dövlət başçısı Lula Da Silva şəxsən ölkəsinin Aştiyanini qəbul etməyə hazır olduğunu İran prezidentinə bildirib. Buna reaksiya olaraq, İran rəhbərliyi Aştıyaninin asılaraq edam olunacağını bildirdi. İtaliya vətəndaş cəmiyyəti, ictimai təşkilatlar Aştıyanini xilas etməyə yönələn geniş fəaliyyət aparır.    Beynəlxalq ictimaiyyətin ayağa qalxmasını nəzərə alaraq, İran hökuməti Aştıyaninin cinayət işinin yenidən araşdırılacağına qərar verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar