SON XƏBƏRLƏR

AŞPA İrəvanı hərbçilərin meyitlərini qaytarmağa çağırdı

2021.10.20, 07:36
AŞPA İrəvanı hərbçilərin meyitlərini qaytarmağa çağırdı

Gunaz.tv

GünAzTv: Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının üçüncü günündə Ermənistanı Azərbaycan Ordusunun giziri Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitlərini qaytarmağa çağıran bəyanat qəbul edilib.

Yazılı müraciət formasında hazırlanan sənəd "Azərbaycanlı hərbi qulluqçuların meyitlərinin qaytarılmasının vacibliyi" adlanır. Sənəd Azərbaycan nümayəndə heyəti tərəfindən hazırlanıb və Avropa Şurasında ingilis və fransız dillərində yayılıb.

Yazılı müraciətdə deyilir: "İyunun 18-də Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqelərindən Azərbaycanın mövqelərinə hücum ediblər. Hücum zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun giziri Mübarizə İbrahimov öldürülüb. Erməni tərəfi həlak olan hərbçinin meyitini qaytarmaqdan imtina edib, bir neçə gündən sonra isə meyitin fotoları internetdə yayılır. Azərbaycanın və Beynəlxalq Qırmızı Xaç Komitəsinin səylərinə baxmayaraq, Ermənistan hakimiyyəti indiyədək Mübariz İbrahimovun meyitini qaytarmaqdan imtina edir".  Yazılı müraciətdə Azərbaycan Ordusunun zabiti Fərid Əhmədovdan da söz açılır: "Senyatbrın 4-də atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindəki mövqelərindən Azərbaycanın mövqelərinə hücuma keçiblər. Hücum dəf edilərkən Azərbaycan Ordusunun zabiti Fərid Əhmədov şəhid olub. O vaxtdan Ermənistan dövləti onun meyitini qaytarmaqdan imtina edir". Sənəddə bildirilir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmi şəxslərinin regiona səfəri zamanı erməni tərəfi Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin onlarda olduğunu etiraf ediblər: "AŞPA belə halların beynəlxalq konvensiyalar və beynəlxalq hüquqa ziddi olduğunu, xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması danışıqlarına mənfi göstərdiyini qeyd edir və Ermənistanı gizir Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitlərini Azərbaycana qaytarmağa çağırır".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar