Hansı türk ölkələri məktəblərdə hicabı qadağan edib?- Siyahı
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Netanyahu: İran rəhbərliyi sağ qalmaq uğrunda mübarizə aparır və tezliklə yox olacaq
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
GünAzTv: Yaxın Şərq sülh prosesində yeni problemlər ortaya çıxmaqdadır. Regionda hərbi əməliyyatların yenidən start götürəcəyi istisna olunmur.
Yaxın Şərq sülh prosesində yeni problemlər ortaya çıxmaqdadır. Hərçənd, BMT Baş Assambleyasının 65-ci sessiyasında çıxışı zamanı ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama İsrail-Fələstin münaqişəsinin nizamlanması üçün qəti addımların atılacağını bildirmişdi. Sessiya günlərində dövlət katibi Hillari Klintonun bölgəyə səfəri bu niyyətin ciddi olduğundan xəbər verir. Lakin İsrail rəhbərliyinin son bəyanatları belə düşünməyə əsas verir ki, sülh prosesi önündəki maneələr asanlıqla aradan qalxmayacaq.
Məsələ ondadır ki, İordan çayının qərb sahilində yəhudi yaşayış mənətəqələrinin inşasına qoyulan 10 aylıq moratorium müddəti başa çatıb. Bununla da, sözügedən bölgədə eyni vaxtda bir neçə yaşayış məntəqəsinin inşasına start verilir. Ona görə də Fələstin-İsrail birbaşa danışıqları ətrafında yaranan indiki durum bir çöx dövlətlərin ciddi narahatlığına səbəb olub. Belə ki, Birləşmiş Ştatlar İsrailin yəhudi məskənlərinin tikintisinə qoyulan moratoriumun başa çatdırılması qərarından məyus olduğunu bildirib. Bu məsələ BMT-nin baş katibi Pan Qi Munla İsrailin xarici siyasət idarəsinin rəhbəri Aviqdor Libermanın görüşü zamanı əsas müzakirə mövzusu olub. Liberman bəyan edib ki, İsrail Fələstin ilə danışıqları heç bir ilkin şərt, o cümlədən yəhudi yaşayış məskənlərinin tikintisinə moratoriumun qoyulması şərti olmadan davam etdirməyə hazırdır.
BMT-nin baş katibi isə işğal olunmuş Fələstin ərazilərində yaşayış məskənlərinin tikintisinin bərpa olunmasından narahat olduğunu bildirərək rəsmi Təl-Əvivi tikintiyə qoyulmuş moratoriumun müddətini uzatmağa çağırıb. Onun sözlərinə görə, Şərqi Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərində yaşayış məskənlərinin tikintisi beynəlxalq hüquq baxımından qeyri-qanunidir. Baş katib danışıqları İsrail ilə sülh şəraitində yaşayacaq Fələstin dövlətinin yaradılması üçün yeganə imkan sayır.
Problemə İsrail tərəfinin mövqeyi birmənalı deyil. Məsələn, İsrail prezidenti Şimon Peres hesab edir ki, hazırda müvəqqəti böhran dövrü yaşanır. Lakin heç nəyə baxmayaraq bölgədə sülhün əldə olunması istiqamətində səylər dayandıra bilməz. «Yerusəlim post» qəzetinin yazdığına görə, tərəflər bir həftə ərzində bu məsələdə kompromis əldə etmək üçün razılığa gəliblər. Razılığa əsasən, həmin müddətdə Fələstin administrasiyasının lideri Mahmud Abbas danışıqlardan çıxdıqlarını elan edə bilməz. Bunu rəsmi Vaşinqton da istəmir. Prosesi nəzarətdə saxlayan Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel bölgəyə gəlib və hər iki tərəflə sıx əlaqələr saxlayır.
Baş nazir Benyamin Netanyahu danışıqların davam etdiriləcəyini və 1 il ərzində sülhə nail olacaqlarına əminliyini vurğulayıb. Qeyd edək ki, oktyabrda Parisdə keçiriləcək sammitdə İsrailin baş naziri də iştirak edəcək. O, tədbir çərçivəsində Fələstin muxtariyyətinin lideri Mahmud Abbasla yenidən bir araya gələcək.
Şübhəsiz, Yaxın Şərq sülh prosesində Türkiyənin özünəməxsus rolu ola bilər. Lakin «Azadlıq donanması»na məlum hücumdan sonra Təl-Əviv və Ankara aralarındakı soyuqluğu aradan qaldıra bilmir. Bu məqam BMT Baş Assambleyasının 65-ci sessiyası günlərində də diqqət mərkəzinə gətirildi. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, İsrail Türkiyə ilə arasında heç bir insident baş verməyibmiş kimi davrana bilməz. Diplomat münasibətlərin bərpasında İsrailin üzərinə daha böyük məsuliyyətin düşdüyünü deyir.
Beləliklə, rəsmi Ankaranın davranışından asılı olmayaraq , sentyabrın 2-də bərpa olunan danışıqlar prosesi pozulmaq üzrədir. Fələstin tərəfi İordan çayının qərb sahillərində tikinti işlərinin dondurulma müddətinin uzadılmayacağı təqdirdə danışıqlar prosesindən çıxacağını bəyan edir. Bölgədə yaşayan yəhudilər isə tikinti işlərinin yenidən başlamasını sevinclə qarşılayıblar.
Ağ ev Binyamin Netanyahunu moratoriumun müddətini 2-3 ay da uzatmağa razı salmağa çalışır. Vaşinqton hesab edirlər ki, bu müddət ərzində danışıq iştirakçıları gələcək Fələstin dövlətinin sərhədlərinin müəyyənləşdirilməsi barədə qarşılıqlı razılığa gələ bilər. Yaxın Şərq münaqişəsinin nizamlanmasında vasitəçi olan Rusiya, Avropa İttifaqı və BMT də oxşar mövqedən çıxış edir. Xatırladaq ki Misirin paytaxtı Qahirədə keçiriləcək Ərəb Dövlətləri Liqasının sammitində əsas müzakirə mövzusu məhz İsrail-Fələstin münaqişəsi olacaq. Sammit ərəfəsində isə ərəb dövlətlərinin bəzilərinin Təl-Əviv əleyhinə sərt ittihamları diqqətdən qaça bilməz. Məsələn, Suriyanın xarici işlər naziri Valid Müəllim hələ BMT tribunasından çıxış edərkən bildirmişdi ki, İsrail Qüdsün yəhudiləşdirilməsi prosesini davam etdirir. Onun fikrincə, Suriya Türkiyənin vasitəçiliyi ilə İsraillə danışıqlara hazırdır, lakin danışıqlar zamanı Holan yüksəklikləri müzakirə mövzusu olmayacaq. İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu isə Yaxın Şərqdə birbaşa sülh danışıqlarını dəstəklədiklərini, ABŞ prezidenti Barak Obamanın bu istiqamətdə səylərini yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. İhsanoğlu rəhbərlik etdiyi təşkilatın Şərqi Qüdsü müstəqil Fələstin dövlətinin paytaxtı kimi gördüyünü və bu istiqamətdə Mahmud Abbasa dəstəyi bundan sonra da davam etdirəcəklərini vurğulayıb.
Hazırda vəziyyət qeyri-müəyyən olaraq qalır. Artıq atəşkəs bölgəsində silah səsləri eşidilməyə başlayıb. Ekspertlərin fikrincə, rəsmi Təl-Əviv yəhudi məskənlərinin tikintisinə moratorumun müddətini uzatmasa, regionda hərbi əməliyyatların yenidən start götürəcəyini gözləmək olar. ABŞ başda olmaqla bütün Qərb dünyasının proseslərin bu istiqamətdə gedişinin əleyhinə olduğunu nəzərə alsaq, münaqişənin qızışmasına görə İsrailin gözlədiyi dəstəyi ala bilməyəcəyi şübhəsizdir.
“1-ci kanal”ın Analitik Qrupu
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var