SON XƏBƏRLƏR

Təbrizin Bələdiyyə (Şəhrdari) futbol komandası da cəzalandırıldı

2021.10.20, 07:36
Təbrizin Bələdiyyə (Şəhrdari) futbol komandası da cəzalandırıldı

Gunaz.tv

GünAzTv: İran Futbol Federasyon İnzibati Komitəsinin Təbrizin “Bələdiyyə (Şəhrdari)” Futbol Komandası haqqındakı rəyi bəlli olub.

 

Ölkənin Futbol Federasyonunun İnzibati Komitəsinin rəsi cənab Müctaba Şərifi bəyan edib ki, futbol superliqa oyunlarında Təbrizın “Bələdiyyə” komandasının tərəfdarları tərəfindən baş verən qanunsuz hərəkətlərə görə, komanda klubu 10000 dollar (10 milyon tümən) cərimə ödəməlidir.

 

Həmçinin onun sözlərinə görə, adını çəkdiyimiz komandanın tərəfdarları 6 ay müddətinə şərti olaraq komandanın yarışlarını izləməkdən məhrum ediliblər. Yəniki onların tərəfindən ən kiçik xəta baş verərsə bu məhrumiyyət həyata keçiriləcək.

 

Sonda cənab Şərifi vurqulayıb ki, “Bələdiyyə” komandasının klub məsulları elan ediblər ki, bu komandanın yalnız 1500 rəsmi tərəfdarı var. Ona görədə komandanın Təbrizdəki yarışlarında ancaq 1500 bilet satılmalıdır və bu biletin sahibləri ancaq komandanın tərəfdarları ocağının kartı ilə stadyoma (stadion) daxil ola bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar