SON XƏBƏRLƏR

İranın iqtidaryönlü saytı gənclərin başqa dinlərə üz tutduğu barədə xəbərdarlıq edib

2021.10.20, 07:36
İranın iqtidaryönlü saytı gənclərin başqa dinlərə üz tutduğu barədə xəbərdarlıq edib

Gunaz.tv

GünAzTv: İranın Məşhəd şəhərində son bir neçə ayda ev şəraitində fəaliyyət göstərən 200 kilsənin aşkarlandığı bildirilir.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı  məlumata görə, İranın iqtidaryönlü “Asriran” saytı oktyabrın 3-də ölkə gənclərinin kütləvi şəkildə xristianlığa və digər dinlərə üz tutduğu barədə xəbərdarlıq dolu yazı dərc edib.

 

Yazıda xristianlığın əsasən dörd şəhərdə - Tehran, Məşhəd, Kərəc və Rəştdə sürətlə yayıldığı, müsəlman gənclərin xristianlığı qəbul etdiyi vurğulanır: “Bu gün insanların islamı tərk edərək başqa dinlərə və ya dinsizliyə meyllənməsi İran cəmiyyətinin qarşılaşdığı ciddi problemlərdəndir. Son vaxtlar təkcə müqəddəs Məşhəd şəhərində 200 ev kilsəsi aşkar edilib. Yeni xristianlar rəsmi kilsələrdə ibadət edə bilmədikləri üçün evlərdəki kilsələrə toplaşır, ibadətlə məşğul olurlar”.

 

Yazıda daha sonra bildirilir ki, bir sıra vəzifəli ruhanilərin minbərlərdə və rəsmi tribunalarda dedikləri ilə əməli arasında görünən aşkar ziddiyyət islama və müsəlman gənclərin inancına xələl gətirir: “Bu gün gənclər islamdan üz döndərərək evlərdəki kilsələrdə peyda olursa, bunu günahı Allahın dinindən su-istifadə edənlərdə, öz çirkin və riyakar əməlləri ilə islamı eybəcər formaya salanlarda, ürəklərdə şübhə toxumu səpənlərdədir. Təəssüflər olsun ki, uzun illər dini dairələrdə təhsil alan bir sıra ruhanilər artıq çoxdandır Allahın dinini təbliğ etmək işini tamamilə kənara qoyub, müxtəlif vəzifələrdə çalışır, var-dövlət toplamaqla məşğul olurlar.

Misal üçün, ömrü boyu minbərlərdə imamların sadə həyat tərzindən danışanlar, insanları da bu cür sadə yaşamağa çağıranlar, eləcə də Həzrət Əlinin yamaqlı ayaqqabılarından bəhs edənlər indi saraylarda yaşayır, “Mercedes Benz” avtomobilinin son modellərindən başaq bir avtomobili bəyənmirlər. Bu ziddiyyətlər xalqın zehnində və imanında şübhə yaratmaya bilərmi?”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar