SON XƏBƏRLƏR

Rusiya-Belarus münasibətləri dalana dirənib

2021.10.20, 07:36
Rusiya-Belarus münasibətləri dalana dirənib

Gunaz.tv

GünAzTv: Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı “düşmənlər” siyahısına əlavə edib. Dmitri Medvedev isə Belarus prezidentini etik hədləri aşmaqda ittiham etdi.

Belarus prezidenti Aleksandr Lukaşenkonun keçirdiyi son mətbuat konfransında Dmitri Medvedev və Vladimir Putinin əleyhinə səsləndirdiyi fikirlərə rusiyalı həmkarından cavab gəlib. Rusiya prezidenti Medvedevin sözlərinə görə, Lukaşenko iki ölkə arasında normal münasibətlərin qurulmasına qalan son ümidləri də məhv etməkdə istəkli görünür.Medvedev onu da əlavə edib ki, Belarus rəhbərinin xaricdə düşmən axtarışları ilk hadisə deyil: “Əvvəllər düşmən rolunda ABŞ  (Amerika Birləşmiş Ştatları), Avropa, ümumiyyətlə, Qərb qabardılırdı. Indi Rusiya Belarusun əsas düşmənlərindən biri elan olunub. Aleksandr Lukaşenkonun söylədikləri təkcə diplomatik deyil, həm də elementar nəzakət hədlərini aşır”.Xatırladaq ki, Aleksandr Lukaşenko ötən həftənin cümə günü keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putin tandeminin iflasa uğradığını bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar