Hansı türk ölkələri məktəblərdə hicabı qadağan edib?- Siyahı
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Netanyahu: İran rəhbərliyi sağ qalmaq uğrunda mübarizə aparır və tezliklə yox olacaq
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
GünAzTv: İranda sanksiyaların təsiri özünü göstərir. Ölkədə işıq və qaz puluna subsidiya ləğv edilib, çörəyin qiyməti 20 dəfə bahalaşıb. Türkiyənin "Tüpraş" özəl neft şirkəti İranda fəaliyyətini dayandırıb. Qardaş ölkənin "Hürriyyət" qəzeti enerji və təbii qaynaqlar nazirinə istinadla şirkətin Tehranla əməkdaşlığı dayandırmasının Qərbin, o sıradan da ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İrana qarşı sanksiyalarıyla əlaqədar olduğunu yazıb. Qeyd edək ki, "Tüpraş" İranla əməkdaşlıq etdiyinə görə ABŞ hökumətinin sanksiyalarına məruz qalmışdı. İran parlamentinin bir qrup deputatı isə Rusiyanı bir qədər əvvəl İranla əldə etdiyi razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və Tehrana S-300 zenit-raket sistemlərini satmağa çağırıblar. Onların sözlərinə görə, Moskva bəzi Qərb ölkələrinin təzyiqilə raketləri satmaqdan imtina etməyi qərara alıb. İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini Hüseyn İbrahimi bəyanlayıb ki, Tehran S-300 raketlərinin satışından imtina etdiyinə görə Moskvaya qarşı iddia qaldıra bilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi qadağalar S-300 raketlərinin satışına da şamil olunur və bu, bir neçə ay bundan əvvəl şurada ratifikasiya olunan 1929 saylı qətnamənin pozulması demək olacaq. Tehran özünün uzaqməsafəli hava hücumundan müdafiə raketlərinə dair planlarını açıqlayıb. 2005-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq, Rusiya İrana ən azı 5 S-300 sistemi satmaq barədə üzərinə öhdəlik götürüb. Amma müqavilənin həyata keçirilməsi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 1929 saylı qətnaməylə bağlı təxirə salınıb.Əhmədinejad: "Mürdəşir üzünüzü yusun"Bu arada oktyabrın 3-də İranın Həştgerd şəhərində çıxış edən prezident Mahmud Əhmədinejad ABŞ-a qarşı sərt bəyanatlar səsləndirərək 2001-ci il sentyabrın 11-də bu ölkədə baş vermiş terroru sual altına alıb. 11 sentyabr hadisəsini "macəra" adlandıran Əhmədinejad məsələnin mahiyyətinə aydınlıq gətirilməsinin zəruri olduğunu deyib: "Əgər biz gec tərpənsəydik, onlar 11 sentyabr mövzusunu dünyanın ən müqəddəs mövzusuna çevirərdilər. Onlar bu məsələni bəhanə edərək bizim bölgəyə axışıb insanların qanının axıdılmasını halal ediblər. Nə istəyirlər, onu da edirlər. Onlar bu hadisənin mahiyyətilə bağlı iddiaları üçün dəlil-sübut ortaya qoymalıdırlar". Əhmədinejad ABŞ-ın İrana qarşı mümkün hərbi hücumu və nüvə məsələsiilə bağlı digər təzyiq və xəbərdarlıqlarına sərt münasibət bildirib: "O qədər üzlüdürlər ki, bizi təhdid edir, bütün seçimlərin masa üzərində olduğunu deyirlər. Mürdəşir üzünüzü, sir-sifətinizi yusun və stolunuzu aparsın, dünyanı zibilə döndərmisiniz". Əhmədinejad ABŞ-ı öz qüvvələrini Orta Şərqdən çıxarmağa çağırıb: "Əgər öz ayağınızla bölgəni tərk etməsəniz, Allahın köməkliyi ilə tez bir zamanda bölgə xalqları sizi təpiklə məntəqədən çıxaracaqlar".Sabiq xarici işlər naziri həbs olunub1979-cu ildə qurulmuş İİR-in ilk xarici işlər naziri İbrahim Yəzdi oktyabrın 1-də İsfahanda həbs olunub. Onu cümə namazından sonra qeyri-qanuni toplantı təşkil etmək adıyla tutublar. 79 yaşlı İbrahim Yəzdi fəaliyyəti qadağan olunmuş İran Azadlıq Hərəkatı Partiyasının lideridir. Liberal görüşlərilə tanınan İbrahim Yəzdi 1979-cu ildə islamçı tələbələr ABŞ səfirliyini ələ keçirib diplomatları girov götürdükdən sonra istefa vermişdi. İran mənbələrinin məlumatına görə, o, hökumətə siyasətlə məşğul olmayacağı haqda yazılı iltizam versə də, son zamanlar İran Azadlıq Hərəkatı Partiyası əyalətlərdə öz fəaliyyətini bərpa etmişdi. İbrahim Yəzdilə birlikdə qurumun digər rəhbəri Haşım Səbbaqiyan və daha 6 partiya fəalının həbs olunduğu bildirilir.Heşmətullah Təbərzədiyə 9 il həbs cəzası verilibİran Demokrat Cəbhəsinin rəhbəri, İranın İnsan Haqları və Demokratiya üçün Həmrəylik Şurasının sözçüsü Heşmətullah Təbərzədiyə hökm oxunub. Tehran İnqilab Məhkəməsi onu 9 il müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda Heşmətullah Təbərzədi 74 şallaq zərbəsinə məhkum olunub. O, 9 aydan çoxdur zindanda saxlanır. Heşmətullah Təbərzədi 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etiraz aksiyalarından sonra tutulub. Tehran İnqilab Məhkəməsi onu ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, qanunsuz toplantılar keçirməyə cəhddə və ali dini rəhbər, ayətullah Əli Xamneyini təhqir etməkdə təqsirli bilib. Hazırda Kərəc şəhərinin Rəcayişəhr zindanında saxlanılan Heşmətullah Təbərzədinin müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi bildirilir.Rial kəskin ucuzlaşıbİran rəsmləri ölkənin düşdüyü ağır iqtisadi-maliyyə durumunu əhalidən gizlətməyə çalışsa da, buna nail ola bilmir. 30 ildir bir sıra gündəlik tələbat mallarına, eləcə də elektrik enerjisi və təbii qaza dövlət dotasiya verirdi. Bu yaxınlarda işıq və qaz puluna subsidiya ləğv edilib. Ölkədə ən ucuz ərzaq çörək idi, onun da qiyməti sərbəstləşdirilib. Bu isə çörəyin qiymətinin 20 dəfə bahalaşmasına səbəb olub. Hakimiyyət isə baş verən etirazı yenə "İslam inqilabı düşmənlərinin ara qarışdırması" (İsrail və ABŞ-ın) kimi dəyərləndirərək, ictimaiyyətin hədəfindən yayınmağa çalışır. Ölkədəki sosial-iqtisadi və maliyyə problemini aradan qaldırmağa yönəlik siyasət yürütməkdənsə, Tehran bölgədə silah yarışına çıxıb. Təbii ki, belə siyasət yaxın gələcəkdə İranın dövlət büdcəsinin, xəzinəsinin boşalmasına səbəb ola bilər. Sentyabrın sonunda İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Məhəmmədmehdi Şəhriyarı sanksiyaların ölkənin iqtisadi mərkəzləri və sənayesini iflic duruma saldığını söyləyib. İran prezidenti Mahmud Əhmədinejad isə ABŞ-da səfərdə olarkən vəziyyəti beynəlxalq ictimaiyyətdən də gizlətməyə çalışmışdı: "Bizim xalqın ABŞ-a ehtiyacı yoxdur. ABŞ hökuməti İrana qarşı sanksiyaları yüz qat artırsa, Avropa ona qoşulub daha betər sanksiyalar qoysa da, bizə təsiri yoxdur. Öz ehtiyaclarımızı ödəyə bilirik". Ancaq "cidanı çuvalda gizlətmək olmaz" deyiblər. Ötən bir həftə ərzində İranın rəsmi valyutası rial (10 rial bir tüməndir) ABŞ dollarına nisbətdə daha 20 faiz ucuzlaşıb. İqtisadçılar ehtimal edir ki, İran milli valyutasının qəflətən ucuzlaşması çeşidli dövlətlərin və beynəlxalq qurumların bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların gerçək səmərəsidir. Xatırladaq ki, bir həftə öncə bir dollar 10 min beş yüz rial idisə, rəsmi məlumatlara əsasən, həftənin sonuna bu rəqəm 12500-13000 rial olub. Qeyri-rəsmi xəbərlərə görə, bir dollar 17000 riala alınıb. 2001-ci ildən etibarən İran Mərkəzi Bankı rialın müəyyən edilmiş kursdan aşağı düşməməsi üçün onu bazarda qoruyub saxlayırdı. Bankçıların qənaətincə, büdcədə defisiti saxlamaq üçün Mərkəzi Bank hazırda dolların və avronun bazara çıxarılmasının qarşısını alır. Ehtimal olunur ki, İranın 60-80 milyard avro valyuta ehtiyatı var. Bu isə sanksiyalar ucbatından artmır. Odur ki, perspektivdə hakimiyyət həm də ciddi dollar və avro qıtlığı yaşaya bilər.Hər il ürək-damar xəstəliklərindən 70 min nəfər dünyasını dəyişirHər il İranda ürək-damar xəstəliklərindən ən azı 70 min nəfər dünyasını dəyişir. Ölkənin səhiyyə nazirliyinə istinadla yayılan məlumatda bildirilir ki, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin 22 faizinə hərəkətsizlik, bir o qədər hissəsinə siqaret çəkmək, 18 faizinə yüksək xolesterin, qalan hissəsinə isə digər təsirlər səbəb olub. Siqareti tərgitmək, gün ərzində 2-5 kilometr piyada hərəkət etmək, düzgün qidalanmaq ürək-damar xəstəliklərindən qorunmaq üçün ən səmərəli vasitələr hesab olunur. Xalq cəbhəsi
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var