SON XƏBƏRLƏR

Məhbus Hüseyn Nəsirinin səsi xəstəxanalardan gəlir

2021.10.20, 07:36
Məhbus Hüseyn Nəsirinin səsi xəstəxanalardan gəlir

Gunaz.tv

GünAzTv: hazırda həbsdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Hüseyn Nəsiriyə 6 gün öncə Təbrizin Şəhid Mədəni xəstəxanasında rast gəlinib.

 

GünAzTv mətbuat mərkəzinin “Araznews”–a istinadən yaydığı məlumata görə, xəstəxanada xəstələrin biri qışqıraraq deyib ki, mən Hüseyn Nəsiriyəm. Məni zindandan gətiriblər, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşlarının ağır işgəncələri altında ürək damarlarım tutulub və səhhətimlə bağlı vəziyyətim olduqca ağırdır. Məni eşidənlərdən xahiş eliyirəm səsimi fikirdaşlarıma çatdırsınlar.

 

Məlumatı xəstəxanada bulunan bir ailə çatdırıb. Onların sözlərinə görə Nəsiri 4 əsgərin əhatəsində olub.

 

Xtırladaq ki, azərbaycanın milli kimliyi uğrunda dinc fəaliyyət göstərən Hüseyn Nəsiri 2010-cu il aprel ayının 2-də (1389-cu il, Fərvərdin ayının 13-ü) Urmu Gölünün quruması prosesinin qabağının alınması ilə bağlı keçirilən “Urmu Gölü Yığıncağı”nda iştirak edərkən İran Təhlükəsizlim Qüvvələri tərəfindən yaxalanıb və günümüzə qədər naməlum səbəbdən həbsdə saxlanılmaqdadır. Azərbaycanlı fəal bundan öncədə dəfələrlə təzyiqlərə məruz qalıb və barəsində həbs cəzası hökmü çıxarılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar