SON XƏBƏRLƏR

İşğalçı ölkə etiraf etdi

2021.10.20, 07:36
İşğalçı ölkə etiraf etdi

Gunaz.tv

GünAzTv: Ermənistan tərəfi gizir Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun meyitinin onlarda olması faktını təsdiqləyib.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycanla Ermənistan arasında 8 hərbi əsir, 6 mülki şəxs, iki meyitin və statusu hələ müəyyənləşməmiş Ermənistan vətəndaşının qaytarılması istiqamətində iş aparır.

BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, həmin şəxslərin taleyi ilə bağlı məsələ BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri, xanım Paskal Mej Vaqnerin regiona səfəri zamanı da müzakirə obyekti olub: “Bu istiqamətdə biz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Həmin şəxslərin qaytarılması isə tərəflərin razılığı və saxlanılan şəxslərin arzusu əsasında baş tutu bilər”.

Qeyd edək ki, Ermənistan tərəfi gizir Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun meyitinin onlarda olması faktını BQXK-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri, xanım Paskal Mej Vaqnerin regiona səfəri zamanı təsdiqləyib.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Zaman

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar