SON XƏBƏRLƏR

Türkiyədə daha bir erməni cinayətinin izləri aşkar edilib

2021.10.20, 07:36
Türkiyədə daha bir erməni cinayətinin izləri aşkar edilib

Gunaz.tv

GünAzTv: Türkiyənin Ərdahan vilayətinin Karagöl kəndində bina tikintisi üçün bünövrə qazıntısı vaxtı kütləvi məzarlıq tapılıb.

 

Kütləvi məzarlığın 94 il bundan qabaq ermənilər tərəfindən soyqırıma məruz qalan 17 yerli türkə aid olduğu güman olunur. Belə ki, ermənilər həmin ərazidə yerləşən evlərə od vurmaqla türkləri diri-diri yandırırlarmış, canını qurtarıb bayıra çıxanlar isə gülləyə tuş gəlirlərmiş. Bu barədə SİA "Hüriyyət"ə istinadən xəbər yayıb.

 

Qeyd edək ki, Türkiyə Prokurorluğunun əmri ilə tikinti sahəsində qazıntı işləri dayandırılıb. Tapılan insan sümükləri isə məhkəmə tibb ekspertizasına göndərilib.

 

Məhəllədə yaşayan bəzi yaşlı sakinlər də bu yerdə ermənilər tərəfindən öldürülən türklərə aid şəhidlər xiyabanın olduğunu təsdiq ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar