SON XƏBƏRLƏR

Azərbaycanlı insan haqları fəalının ailəsi məhkəməyə çağırıldı

2021.10.20, 07:36
Azərbaycanlı insan haqları fəalının ailəsi məhkəməyə çağırıldı

Gunaz.tv

GünAzTv: Zəncan şəhərinin İnqilab Məhkəməsi insan haqları fəalı Yaşar Həkkakpurun atası cənab Əhməd Həkkakpuru Məhkəmənin hökmlərin icrası bölməsinə çağırıb.

 

Çağırışa əsasən insan haqları fəalının atası 2010-cu il oktyabr ayının 17-nə (1389-cu il, mehr ayının 25-i) qədər Zəncan məhkəməsinə müraciət etməli və oğlunu hökmün icrası üçün məhkəmə məsullarına təhvil verməlidir. Məsullar vurqulayıblar ki, əks halda onun əmlakı məhkəmə tərəfindən zəbt olunacaq.

 

Cənab Yaşar Həkkakpur 2006-ci il yanvar ayının 21-də (1384-cu il bəhmən ayının 1-i) Marağa şəhərində yaxalanıb, 1 ay Təbriz və Marağa şəhərlərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanalarında saxlanıldıqdan sonra atası tərəfindən təqdim olunan 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə və 50000 dollarlıq (50 milyon tümən) zəmanət qarşılığında azadlığa buraxılıb.

 

Hazırda adını çəkdiyimiz insan haqları fəalı Türkiyədə yaşamaqdadır. O Türkiyədə olarkən Zəncan Məhkəməsi onun haqqında 1 il həbs cəzası və 50 zərbə şallaq (qamçı) hökmü çıxarıb.

 

Cənab Yaşar Həkkakpur inanır ki, məhkəmə tərəfindən onun ailəsinə edilən təzyiq, onu insan haqları yönündəki fəaliyyətlərdən uzaqlaşdırmağa hesablanıb.

 

Cənab həkkakpur İranda olarkən mətbuatda, qeyri-hökumət təşkilatlarında ciddi fəaliyyətlərdə bulunub. O hazırda İranda azərbaycanlı siyasi məhbusların hüquqlarını müdafiə qurumunun (ADAPP) fəal üzvlərindən biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar