SON XƏBƏRLƏR

Vaşinqton Avropa Bİrliyini İranda hasil olunan «mavi yanacaq»dan istifadə etməməyə çağırıb

2021.10.20, 07:36
Vaşinqton Avropa Bİrliyini İranda hasil olunan «mavi yanacaq»dan istifadə etməməyə çağırıb

Gunaz.tv

GünAzTv: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar deyib: «İranın təbii qazı «Cənub qaz dəhlizi» layihəsində yaxın gələcəkdə axıdılmayacaq». Bu barədə Lent.az «REGNUM»a istinadən xəbər yayıb.Onun sözlərinə görə, Xəzərdə hasil olunan təbii qazın Avropaya çatdırılması üçün nəzərdə tutulmuş Transadriatik kəməri «Cənub dəhlizi»nin əsas layihələrindəndir. «Avropa razı olmadığından İran bu planın potensial donoru sayılmır» - deyə, ABŞ prezidentinin xüsusi elçisi söyləyib.O, qeyd edib ki, təmsil etdiyi hakimiyyət bu layihənin əsas iştirakçısı sırasında İraq, Qətər, hətta Türkmənistanı belə nəzərdən keçirir. Yeri gəlmişkən, «Cənub dəhlizi» layihəsi çərçivəsində «Nabukko» qaz kəməri meydana çıxıb. Onun uzunluğu 3,3 min km-dir. Bu xətt Rusiyadan yan keçməklə Orta Asiyanın təbii qazını Avropaya çatdıracaq. Kəmərlə ildə 32 milyard kub metr qaz ötürmək planlaşdırılıb. Konsorsiuma daxil olan Avstriyanın «OMV Gas GmbH», Almaniyanın «RWE», Bolqarıstanın «Bulgargaz», Türkiyənin «Botas», Rumıniyanın «S.N.T.G.N. Transgaz S.A.», Macarıstanın «MOL Natural Gas Transmission Company Ltd.» şirkətləri qaz xəttinin çəkilməsində iştirak edir.Mənbənin məlumatına əsasən, hazırda İraqda, kürdlərin daha sıx yaşadığı bölgədən keçəcək qaz kəmərinin də «Nabukko»ya qoşulması məsələsinə baxılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar