SON XƏBƏRLƏR

Yaponiya İranın “Azadeqan” layihəsində iştirak etməkdən tam imtina edib

2021.10.20, 07:36
Yaponiya İranın “Azadeqan” layihəsində iştirak etməkdən tam imtina edib

Gunaz.tv

GünAzTv: Yaponiya KİV-ləri yazır ki, Vaşinqtonun tələblərini nəzərə alaraq hökumət və şirkət rəhbərliyi məsələ ilə bağlı prinsipial mövqelərini ortaya qoymaq məcburiyyətində qalıbdır.

TOKİO – Yaponiya İranın “Azadeqan” layihəsində iştirak etməkdən tam imtina edibdir. Yaponiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, İranda neft hasilatı işlərinin davam etdirilməməsinin əsas səbəbi yerli şirkətlərin ABŞ-ın (Amerika Birləşmiş Ştatları) “qara siyahısı”na düşməsinin qarşısını almaq məqsədi daşıyır.

Siyahıya əsasən Yaponiyanın aparıcı “İnpex” neft şirkəti düşə bilər. Belə ki, "İnpex" “Azadeqan” layihəsində müəyyən paya malikdir.

Yaponiya KİV-ləri yazır ki, ABŞ-ın tələblərini nəzərə alaraq hökumət və şirkət rəhbərliyi məsələ ilə bağlı prinsipial mövqelərini ortaya qoymaq məcburiyyətində qalıbdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar