SON XƏBƏRLƏR

"Erməni soyqırımı" yoxdur" deyən Amerikalı professorun qələbəsi

2021.10.20, 07:36
"Erməni soyqırımı" yoxdur" deyən Amerikalı professorun qələbəsi

Gunaz.tv

GünAzTv: Professorun sözlərinə görə, bu qələbə yalnız onu “casus” ittihamından xilas etmir, həm də apardığı araşdırmalar üçün zəfər hesab edilir.

 Qondarma erməni soyqırımını rədd etdiyinə görə "türk casusu" adlandırılan Amerikanın Massaçusets Universitetinin siyasi elmlər üzrə professoru 87 yaşlı Günter Levi onu ittiham edən "SPLC" təşkilatını məhkəməyə verib. "Anadolu" xəbər agentliyinin məlumatına görə, məşhur professor məhkəmədə təşkilat üzərində qələbə çalıb.

Qeyd edək ki, G.Levi 2 il öncə soyqırım iddiaları ilə bağlı fikirlərinə görə Türkiyə hökumətindən kömək almaqda və "türk casusu" olmaqda ittiham edilmişdi. Alim bu ittihama görə məhkəmə yolu ilə "SPLC" təşkilatından 8 milyon dollar təzminat tələb edib.

Mərkəzi Vaşinqtonda olan Amerika-Türk Koalisiyasının açıqlamasına görə, əldə edilən ortaq razılığa görə, "SPLC" Levidən həm üzr istəyib, həm də öz sözlərini geri götürdüyünü bildirib. Professorun sözlərinə görə, bu üzr yalnız onu bu addan xilas etmir, həm də apardığı araşdırmalar üçün zəfər hesab edilir. "SPLC"in professora təzminat ödəyəcəyi deyilsə də, onun məbləği açıqlanmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar