SON XƏBƏRLƏR

İran-Ermənistan “Azad Ticarət Zonası”nın yeri hələ təyin edilməyib

2021.10.20, 07:36
İran-Ermənistan “Azad Ticarət Zonası”nın yeri hələ təyin edilməyib

Gunaz.tv

GünAzTv: Azad ticarət zonasında ermənistanlı işadamları üçün İrana gömrük vergisindən azad olaraq mal ixrac etmə imkanı təmin ediləcək.

 

İran İslam Respublikası Sənaye, Mədən və Ticarət Palatasının sədri Məhəmməd Nəhavəndiyan 1 Oktyabrda NEWS.am müxbirinə vediyi açıqlamasında "Ermənistan-İran Azad Ticarət Zonasının yerinin hələ təyin olunmadığını" deyib.

 

İranlı işadamı azad ticarət zonasının ermənistanlı işadamlarına İrana gömrük vergisindən azad mal ixrac etmə imkanı təmin edəcəyini söyləyib. Nəhavəndiyan eyni şəkildə iranlı tacirlərin də Ermənistan bazarına daha çox ixracat imkanı təmin edəcəyini qeyd edib.

 

Qeyd edək ki, 23-24 Oktyabrda Ermənistanda İran Məhsulları Sərgisinin keçirilməsi nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar