Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
GünAzTv: Tehran Azərbaycanın Avropa və ABŞ-la (Amerika Birləşmiş Ştatları) münasibətlərinin inkişafından təlaşlanır.
Son bir neçə ayda qonşu İranın nümayəndə heyətlərinin Azərbaycana rəsmi səfərləri intensiv xarakter alıb. Naxçıvan, İran və Azərbaycanda keçirilən ikitərəfli görüşlərin əsas müzakirə mövzusu dövlətlərarası münasibətlərin normallaşmasına xidmət etsə də, rəsmi Tehranın Bakıya tərəf sürətlə addımlamasının arxasında hansı məqamların dayandığını anlamaq o qədər də çətin deyil. Qəzvin-Rəşt-Ənzəli-Astara avtomobil yolunu İranın tikməsi, eləcə də Astara-Bakı avtomobil yolunun Azərbaycan tərəfindən çəkilməsi barədə müəyyən razılaşmanın əldə olunması, Şimal-Cənub dəmir yol xəttinin çəkilməsi barədə də müəyyən müzakirələrin aparılması üçün İran prezidentinin iqtisadi və nəzarət üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya göndərilməsi, İranın Şərqi Azərbaycan vilayətinin başçısı Əhməd Əlirza Beyginin Təbrizdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə görüşməsi, danışıqlarda rəsmi Tehranın onun kimi Azərbaycanın da viza rejimini aradan qaldırmasını arzulaması, Bakı-Təbriz-Məşhəd təyyarə reysinin açılması istəyində olması, İranın Ticarətin İnkişafı Təşkilatının sədri Babək Əfqahinin Bakı səfəri çərçivəsində ölkəsinin Azərbaycandan neft-qaz, neft məhsulları və neft-kimya məhsullarının alınmasında maraqlı olmasını deməsi, İranda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, nəhayət, İran prezidenti Əhmədnejadın yaxın günlərdə Bakıya planlaşdırdığı səfəri dediklərimizə sübutdur. İntensiv xarakter alan belə səfərlərin məqsədi barədə sualla "Xalq Cəbhəsi" Güney Azərbaycan Konqresinin (İsveç) sədri Abdulla Əmir Haşimiyə (Cavanşir) müraciət etdi. Abdulla Əmir Haşimi dedi ki, İran və Azərbaycan rəsmiləri bir çox vaxt İranla Azərbaycanın "müştərək tarix, mədəniyyət və dini bağlılığı"ndan danışırlar və indiki münasibətlərin "yüksək səviyyədə, dövlətlərarasında qarşılıqlı etimadın, mehriban qonşuluq münasibətlərinin olduğunu" bildirirlər: "Yəqin ki, Mahmud Əhmədinejadın oktyabr ayına planlaşdırılan və müdafiə naziri Əhməd Vahidinin noyabr ayına planlaşdırılan Bakı səfərlərində də bu sözləri eşidəcəyik. Onlar bəzən də İran və azərbaycanlıların eyni kökdən olduqlarına təkid edirlər ki, bu, tamamilə yalnış anlayışın yayılmasına şərait yaradır. Fars rejimi bundan çox sui-istifadə edir. Bütöv Azərbaycanın böyük hissəsi Güney Azərbaycandır ki, hazırda İranın müstəmləkəsindədir. İranda başqa xalqlar da yaşayır - farslar, kürdlər, ərəblər, türkmənlər, bəluclar və başqaları. Onların hərəsinin öz tarixi, mədəniyyəti və dilləri var. Bunları qarışdırıb "bir kökdən olduqlarını" iddia etmək, ancaq İran imperiyasının sözü və ona xidmətedici siyasətdir. Fars şovinistləri vaxtaşırı Azərbaycan Respublikasını da İranın tərkib hissəsinə "qaytarmaq" iddialarını bəyanlamaqdan çəkinmirlər. İran rəsmilərinin Azərbaycana gəl-getlərində maraqlarının bir hissəsi də həmin şovinist və müstəmləkəçilik cəhdlərindən irəli gəlir". Güney Azərbaycan Konqresinin sədri onu da bildirdi ki, İran fanatizmini Azərbaycanda yaymaqda, fars dilində məktəblər açmaqda, müxtəlif fondlar və QHT-lər yaratmaqda, viza rejimini ləğv edib Bakı-Məşhəd, Bakı-Qum reyslərini açmaqda, azərbaycanlıları digər dini ziyarətgahlara cəlb etməkdə məqsədləri Azərbaycanın inkişafına yardım etmək yox, əksinə, onu zəiflədib İran imperiyasının nüfuz dairəsinə salmaqdır: "Bunlardan əlavə, İran Azərbaycanın Avropa və ABŞ ilə münasibətlərinin inkişafını istəmir. Daha doğrusu, Azərbaycanın Avropa ilə iqtisadi inteqrasiyası və ABŞ ilə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında iştirakını gözü götürmür. Azərbaycanın bir çox beynəlxalq müqavilələrin həyata keçirməsində siyasət, mədəniyyət və idman sahələrində uğurları İranı heç sevindirmir. Elə ona görə də Tehran Ermənistan və başqaları vasitəsilə Azərbaycanı zəiflətmək fikrindədir. Buna görə də İran rəsmilərinin səfərlərindən Azərbaycan çox ehtiyatlı olmalı, İrandan hər dəfə yeni imtiyazlar almadan Tehrana heç bir güzəştə getməməli və vədlərə qətiyyən inanmamalıdır. Eyni zamanda, Azərbaycanın müstəqilliyi get-gedə möhkəmləndikdə, təbii ki, Güney Azərbaycanda gedən milli istiqlaliyyət mübarizəsi İranı qorxudur və İran rəsmiləri hər dəfə Azərbaycana səfərlərində Bakıdan həmin mücadiləyə dəstək verməməsini tələb edirlər. Dediklərimizi nəzərə aldıqda, görürük ki, İranla Azərbaycan arasındakı əlaqələrin indiki vəziyyəti qaneedici deyil. Mövcud imkanlardan istifadə olunmur. Həll olunmamış məsələlər çoxdur". Abulla Əmir Haşimi onu da dedi ki, İranın Ermənistana hərbi-iqtisadi köməyini, rəsmi Tehranın ümumiyyətlə anti-Azərbaycan siyasətini və pərdə arxasında Azərbaycanı zəiflətmək planlarınun durduğunu nəzərə alsaq, bu münasibətlərin praktikada İran tərəfinin düşmən mövqəyində olduğu aşkara çıxa bilər. Həmsöhbətimiz ABŞ-İran, ABŞ-Azərbaycan münasibətlərinə də toxundu. O bildirdi ki, Azərbaycan rəsmiləri NATO baş katibilə görüşürlər və NATO-nun proqramlarına qatılırlar. Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər genişləndirilir, onlar beynəlxalq anti-terror əməliyyatlarında birgə fəaliyyət göstərərək, energetika sahəsində də əməkdaşlıq edirlər: "Bunlar isə İranı qıcıqlandırır və fikirləşə bilər ki, Azərbaycan tutduğu stabil, neytral mövqeyini dəyişib, nüvə məsələsində ABŞ ilə eyni mövqedə olar. Bizcə Azərbaycan regionda sülh, stabillik, iqtisadi əməkdaşlıq və inkişaf, mədəni çiçəklənmə və sosial rifahın yüksəlişinin tərəfdarıdır. İran isə regiona hərbi müdaxilə, müharibə, gərginlik, müstəmləkəçilik, səfalət və fanatizm, nüvə silahı kimi təhlükəli siyasətin tərəfdarıdır. BMT Təhlükəsizlik Şurası xüsusilə nüvə proqramı haqda İrana qarşı sanksiyaların tətbiqini dəfələrcə qərara alaraq, İnqilab Keşikçiləri Qvardiyasının üzvlərinin və İran nüvə və balistik raket fəaliyyətləri ilə əlaqəli şəxslərə maliyyə məhdudiyyətləri qoyaraq, səyahət qadağaları tətbiq edir. İş artıq o yerə çatıb ki, Rusiya da İranla imzaladığı müqavilələrə yenidən baxır və yaxud onların həyata keçirilməsinə tərəddüdlə yanaşır. İran üzləşdiyi beynəlxalq sanksiyalar dalğalarına məhəl qoymayaraq, özünü izolasiyadan çıxartmaq əvəzinə, hərbi aqressivliyi düşünür. Buna misal olaraq son günlərdə Xəzər dənizində İran Hərbi Qüvvələrinin antibakterial və kimyəvi müdafiə donanmasının qatıldığı "Sabit təhlükəsizlik 89" adlı təlimlərə başlamasını göstərmək olar. Bununla da İran, dolayı yolla Azərbaycana hədə-qorxu gəlməklə ABŞ-a yaxınlaşmamaq işarəsi verir. Bəlkə də, Səddamın Küveytə hərbi-təcavüzü kimi, İran da Azərbaycana hərbi-təcavüz yuxusu görür". Abdulla Əmir Haşimiyə sual verdik ki, bəlkə İran artıq Azərbaycanı Qafqazda güclü dövlət kimi qəbul etdiyindən onunla əlaqələrini möhkəmlətmək niyyətindədir. Cavabı belə oldu: "Azərbaycanın bir çox beynəlxalq layihələrdə uğurları, onu Qafqazda başqa ölkələrdən fərqləndirir. Ümid var ki, bu fərq get-gedə artacaq və Qafqaz ölkələrinin Azərbaycanın liderliyini qəbul etməsinə gətirib çıxaracaq. Azərbaycanın Qafqazda iqtisadi-siyasi və geopolitik rolunu İran istəsə də dana bilməz". Xalq cəbhəsi
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var