SON XƏBƏRLƏR

NATO-nun baş katibi: Gürcüstan mütləq NATO-nun üzvü olacaq

2021.10.20, 07:36
NATO-nun baş katibi: Gürcüstan mütləq NATO-nun üzvü olacaq

Gunaz.tv

GünAzTv: Bu bəyanatı Tiflisdə Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşündə NATO-nun baş katibi Anders Foq Rasmussen verib.

“Mənim səfərim təsdiqləyir ki, Gürcüstan mütləq NATO-nun üzvü olacaq”.

Bu bəyanatı Tiflisdə Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşündə NATO-nun baş katibi Anders Foq Rasmussen verib. O bildirib ki, bu qərar alyansın Buxarest sammitində qəbul olunub və heç vəchlə şübhə altına alına bilməz. 

 

A. F. Rasmussen NATO-nun Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini də bəyan edərək 2008-ci ildə bu ölkə ilə Rusiya arasında imzalanmış atəşkəs sazişinə əməl olunmasını, Gürcüstanın işğal altındakı ərazilərinin azad olunmasını tələb edib. 

 

Görüş qapalı şəraitdə keçib. Görüşdə parlament çoxluğunun və parlament müxalifətinin nümayəndələri də iştirak edib. A. F. Rasmussen səfəri çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili ilə də görüşəcək və NATO-nun Gürcüstan ofisinin açılışına qatılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar