Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
GünAzTv: İran prezidenti Mahmud Əhmədinejadın BMT Baş Assambleyasındakı qalmaqallı çıxışından sonra bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar daha da sərtləşəcək.
Bununla yanaşı, İranın nüvə obyektlərinə ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrail tərəfindən aviazərbələrin endirilmə ehtimalı da kifayət qədər artıb. Belə bir fikirlə Rusiyanın "Reqnum" agentliyinə verdiyi açıqlamada azərbaycanlı politoloq Toğrul Sofiyev çıxış edib. Onun sözlərinə görə, İran siyasətçilərinin bu fonda Azərbaycana səfərlərinn kəskin aktivləşməsi də diqqətdən yayına bilməz: "İran prezidentinin, müdafiə nazirinin və parlament spikerinin nəzərdə tutulan səfərlərinin, hətta artıq ölkəmizdə olan iranlı nazir Seyid Məhəmmədin səfərinin, bəyan edilənlərlə yanaşı, həm də gizli məqsədləri var. İran Azərbaycanda möhkəmlənmək istəyir. Əsas səbəb də şimal sərhədlərinin möhkəmləyinə əmin olmaq, bununla bağlı yeni təminatlar almaqdır". Bununla yanaşı, hesab edilir ki, İran artıq Azərbaycanla iqtisadi əlaqələrini gücləndirməyə də xüsusi önəm verir, və buna Qərbin sanksiyalarından qurtuluş yolu kimi baxır. İranın birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədi artıq ölkəsinin Azərbaycanla ticarət dövriyyəsinin həcmini 20 milyard dollara çatdırmaq niyyətində olduğunu bildirib. Hazırda isə sanksiyalar İranı iqtisadi cəhətdən əldən salır. İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Məhəmməd Mehdi Şəhriyari sentyabrın 28-də jurnalistlərə açıqlamasında deyib ki, Qərbin İrana qarşı qoyduğu sanksiyalar artıq ölkə sənayesini iflic vəziyyətinə salıb. "Media forum" saytının yaydığı məlumata görə, Məhəmməd Mehdi Şəhriyari İran hökumətinin subsidiyaları ləğv etməsi və bunun əvəzinə vətəndaşlara cüzi miqdarda nağd pul verməsi siyasətini kəskin pisləyib: "Biz hazırda sanksiyalar şəraitindəyik. Bu sanksiyalar bizim sənayemizi və iqtisadi mərkəzlərimizi iflic vəziyyətə salıb. Bizim Qərb, BMT, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası ilə münasibətlərimizin perspektivi də bəlli deyil. Elə buna görə də hesab edirəm ki, bu qanunun indiki şəraitdə icra olunması hökumətin təcrübəsizliyi və səriştəsizliyinə görədir. Bu isə ölkədə böyük problemlərin meydana çıxmasına səbəb olacaq". Xatırladaq ki, sentyabrın 15-də ABŞ-ın NBC telekanalına açıqlamasında İran prezidenti Mahmud Əhmədinejad Qərbin İrana qarşı sanksiyalarının heç bir nəticə verməyəcəyini bildirmişdi: "Bizim xalqın Amerikaya ehtiyacı yoxdur. ABŞ hökuməti İrana qarşı sanksiyaları yüz qat artırsa, Avropa ona qoşulub daha betər sanksiyalar qoysa da, bizə təsiri yoxdur. Öz ehtiyaclarımızı ödəyə bilirik". Belə bir vaxtda ABŞ-da İrana qarşı daha radikal addımlar atmaq istiqamətində çağırışlar güclənir. "Washington Post" qəzeti yazır ki, Hakimiyyətə gəlməsindən iki il sonra prezident Barak Obamanın İran siyasəti getdikcə aydınlaşır: "Bu siyasət rıçaqların toplanması, seçimlərin masa üzərində qalması və ən pis ssenariyə hazırlıq kimi təsvir edilir. Bi-Bi-Si Fars xidmətinə verdiyi müsahibədə cənab Obama İran xalqına dərin ehtiramını ifadə etdi və hökumətlə nüvə proqramı üzərində danışıqları davam etdirməyə hazır olduğunu söylədi. Eyni zamanda, ABŞ lideri İran prezidentini sərt tənqid etdi və müxalifətə dəstəyini izhar etdi. O bildirdi ki, İrana tətbiq olunan sanksiyaların məqsədi İran xalqını cəzalandırmaq deyil. Bunlar əslində Mahmud Əhmədinejad hökumətinin pis qərarlarının nəticəsidir. İrana göstərilən təzyiqlər artıq Tehranı gələn aydan başlayaraq danışıqlar masası arxasına qaytarmaq niyyəti güdür. Lakin uzun müddət İran tərəfindən süründürməçiliyə məruz qalan ABŞ və Avropa dövlətləri Tehranın səmimiliyinə ciddi şübhələrlə yanaşır. İslam Respublikasının ideoloji əsaslarını təşkil edən antiamerikanizmdən imtina edəcəyinə ciddi səbəb görünmür. Mahmud Əhmədinejad isə, əvvəlki ampluasına sadiq qalaraq, 2001-ci il 11 sentyabr hücumlarının ABŞ hökuməti tərəfindən törədildiyinə eyham vurub. Onun sözlərinə görə, terror aktı İraq və Əfqanıstana hərbi müdaxiləyə bəhanə üçün istifadə olunmuşdu". Mühafizəkar təmayüllü "National Review" məcmuəsi Əhmədinejadın kompromisə meyl göstərmədəyini vurğulayaraq, Obamanın təmas siyasətinin iflasa uğradığını yazır. Müəllif Anne Bayefski hesab edir ki, ABŞ prezidenti Amerikanın və dünyanın İranın timsalında üzləşdiyi təhlükəni dərk etmir. Buna misal olaraq o, ABŞ-ın BMT-dəki nümayəndəliyinin İran lideri çıxış edərkən əvvəlcədən audotoriyanı tərk etməsini önə çəkir: "Diplomatik nümayəndəliyin səbr kasasını nəhayət Əhmədinejadın 11 sentyabr haqda dedikləri daşırdı. Lakin Əhmədniejad hələ təzəcə start götürmüşdü. Nəzərdən qaçırmaq olmaz ki, bura BMT-dir, elə bir məkan ki, orada iranlılar özlərini çox sərbəst hiss edir. Bundan sonra İran lideri İsraili kəskin tənqid etdi və kapitalizmdən tutmuş söz azadlığınadək Qərb dəyərlərinə hücuma keçdi. Fakt budur ki, Əhmədinejad bu növ çıxışları hər dəfə edir. Lakin nədənsə, Obama administrasiyasının nümayəndələri bu dəfə ondan başqa şey gözləyirdilər. Lakin Əhmədinejad yeni heç nə demədi. Amerika və onun müttəfiqlərinin maraqlarını müdafiə etmək əvəzinə prezident Obama da BMT auditoriyasının könlünü almağa çalışdı. Prezident Obamanın nitqindən Əhmədinejadın aldığı mesaj bu oldu ki, nə qədər ki, Obama hakimiyyətdədir, İranı nifrət və terrorun məğlub tərəfdə olduğuna inandıracaq ciddi əsas yoxdur". Tahir TAĞIYEV. Baki-xeber
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var