SON XƏBƏRLƏR

İranda böyük problemlər meydana çıxa bilər

2021.10.20, 07:36
İranda böyük problemlər meydana çıxa bilər

Gunaz.tv

GünAzTv: İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Məhəmməd Mehdi Şəhriyari sentyabrın 28-də jurnalistlərə açıqlamasında deyib ki, Qərbin İrana qarşı qoyduğu sanksiyalar ölkə sənayesini iflic vəziyyətinə salıb.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, Məhəmməd Mehdi Şəhriyari İran hökumətinin subsidiyaları ləğv etməsi və bunun əvəzinə vətəndaşlara cüzi miqdarda nağd pul verməsi siyasətini kəskin pisləyib: “Biz hazırda sanksiyalar şəraitindəyik. Bu sanksiyalar bizim sənayemizi və iqtisadi mərkəzlərimizi iflic vəziyyətə salıb. Bizim Qərb, BMT, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası ilə münasibətlərimizin perspektivi də bəlli deyil. Elə buna görə də hesab edirəm ki, bu qanunun indiki şəraitdə icra olunması hökumətin təcrübəsizliyi və səriştəsizliyinə görədir. Bu isə ölkədə böyük problemlərin meydana çıxmasına səbəb olacaq”.

 

Sentyabrın 15-də ABŞ-ın (Amerika Birləşmiş Ştatları) NBC telekanalına açıqlamasında İran prezidenti Mahmud Əhmədinejad Qərbin İrana qarşı sanksiyalarının heç bir nəticə verməyəcəyini bildirmişdi: “Bizim xalqın Amerikaya ehtiyacı yoxdur. ABŞ hökuməti İrana qarşı sanksiyaları yüz qat artırsa, Avropa ona qoşulub daha betər sanksiyalar qoysa da, bizə təsiri yoxdur. Öz ehtiyaclarımızı ödəyə bilirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar