SON XƏBƏRLƏR

İranın baş prokuroru Səkinə Aştiyani haqqında yaranan ümidləri puç etdi

2021.10.20, 07:36
İranın baş prokuroru Səkinə Aştiyani haqqında yaranan ümidləri puç etdi

Gunaz.tv

GünAzTv: "Məhkəmənin qərarına uyğun olaraq, o, qətl törətdiyinə görə mühakimə olunub və ona kəsilən cəza sədaqətsizlik üçün prioritet qərardır", - İranın baş prokurpru Mohseni Ejei bazar ertəsi mətbuat konfransında bildirib.

 

Səkinə Məhəmmədi Aştiyani qətl törətdiyinə görə ölüm cəzasına məhkum edilib və bu hökm zina üçün prioritet qərardır. Bu barədə İranın baş prokurpru Qulam Hüseyn Mohseni Ejei bəyan edib. Xəbəri Mehr agentliyi yayıb."Məhkəmənin qərarına uyğun olaraq, o, qətl törətdiyinə görə mühakimə olunub və ona kəsilən cəza sədaqətsizlik üçün prioritet qərardır", - Mohseni Ejei bazar ertəsi mətbuat konfransında bildirib.Prokurorun bəyanatı o deməkdir ki, Aştiyani daşqalaq yolu ilə edam olunmayacaq, çünki o, qətl törətdiyinə görə edam edilməlidir."Bu məsələni siyasiləşdirməyə dəyməz və məhkəmə hakimiyyəti Qərb KİV-in başladığı təbliğat kampaniyasından asılı deyil", - o əlavə edib.

Xatırladaq ki, 43 yaşlı Səkinə Aştiyani 2006-cı ilin may ayında həyat yoldaşının ölümündən sonra iki kişi ilə qeyri-qanuni əlaqələri olmaqda ittiham edilmişdi. Həmin il sonradan o, xəyanətdə ittiham edilərək, daşqalaq edilməklə ölüm cəzası almışdı. Aştiyani bu iddiaları rədd edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar