SON XƏBƏRLƏR

PKK üzvləri Türkiyəni tərk edir!

2021.10.20, 07:36
PKK üzvləri Türkiyəni tərk edir!

Gunaz.tv

GünAzTv: “PKK terror təşkilatı Türkiyədən çıxmağa başlayıb”. Bu iddianı Türkiyədə nəşr olunan “Taraf” qəzeti irəli sürüb.

 

Qəzetin xəbərinə görə, İmralı adasında həbsdə olan PKK lideri Abdulla Öcalan terrorçulara bu istiqamətdə əmr verib: “Təhlükəsizlik qüvvələri ilə rastlaşma ehtimalı çox olan yerləri tərk edin”. Xəbərdə PKK terrorçularının Türkiyə torpaqlarını sürətlə tərk etdiyi, buna baxmayaraq, bu prosesin çox vaxt aparacağı yazılıb. Qəzetdə, həmçinin PKK-nın “Kandil” briqadasının bu qərarı dəstəkləmədiyi də bildirilib.

 

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 65-ci iclasından qayıdan Türkiyə prezidenti Abdulla Gül isə jurnalistlərin bu istiqamətdə verdiyi suallara, xəbər doğru olacağı təqdirdə bundan məmnun olacaqlarını bildirib. “Torpaqlarımızda təhlükəsizlik qüvvələrinin xaricində heç bir terrorçu qruplaşmanın silah gəzdirməsinə razı olmamışıq və bundan sonra da razı olmayacağıq. Bunu onlar özləri başa düşüblərsə, bu, çox böyük addımdır”.

Xatırladaq ki, “Taraf” qəzeti daha əvvəl də müxtəlif vaxtlarda PKK terror təşkilatının hərəkət planları barədə qalmaqallı məlumatlar yaymış, bu xəbərlərin əksəriyyəti doğru çıxmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar