Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
GünAzTv: İranın fars rejimi öz hakimiyyətinin ömrünü uzatmaq naminə həm öz əhalisini, həm də qonşu ölkələri fəlakət qarşısında qoyur. İranın xəbər saytları yenə öz ənənələrinə sadiq qalaraq, ölkəmiz haqda qarayaxma kampaniyasıyla məşğuldur. Belə ki, bu ölkənin "newsfrom.ir" saytı Azərbaycan mətbuatını ABŞ (Amerika Birləşmiş Ştatları) və Qərb təşkilatlarından maliyyə dəstəyi alaraq, İran haqda yalnış məlumatlar yaymaqda günahlandırır. Sayt yazır ki, "öz qonşularıyla dostluq və qardaşlıq şəraitində yaşayan İran dövləti ABŞ və Avropanın sanksiyalarıyla üz-üzə qaldığı bir məqamda, bu tip sanksiyalara qonşu dövlətlərin bəzi qurumları da qoşulur". Məlumatda deyilir ki, guya Azərbaycanın bəzi qəzetləri İranda baş verənləri təhrif etməklə bu ölkənin beynəlxalq imicinə zərbə vurur. "Newsfrom.ir"in yazdığına görə, ABŞ-ın müxtəlif donor təşkilatlarını vasitəsilə maliyyələşən Azərbaycanın bəzi qəzetləri demək olar ki, hər sayında İranın əleyhinə əsası olmayan ittihamlar dərc edir. Sayt bu cür xəbərlərin ABŞ və Avropanın diqtəsilə yazıldığını vurğulayır. Qonşu İran mətbuatının ölkəmizlə bağlı bu cür qarayaxma xarakterli məlumatları ilk dəfə deyil ki, üzə çıxır. İran mətbuatı davamlı olaraq, Azərbaycan haqda bu cür əsassız ittihamlar yaymaqda ustalaşıb. Amma hər dəfə Azərbaycan mətbuatı İran KİV-lərində ölkəmizlə bağlı yayılan böhtan xarakterli xəbərlərin cavabını əsaslı şəkildə verib. Bu dəfə də belə olacaq. İran mətbuatı isə görünür, öz niyyətlərindən əl çəkmək fikrindən uzaqdır....İran əhalisinin sanksiyalara məruz qalması nə qonşu ölkədə yaşayan xalqların, nə də bu ölkənin qonşularının günahıdır. 1979-cu ildə Fransa, ABŞ, Rusiya, İsrail və başqa ölkələrdəki qaranlıq qüvvələrin dəstəyilə şahı devirərək hakimiyyətə gələn radikal dini qruplaşmaların-indiki fars rejiminin ömrü sonuclanmaqdadır. Onu da xatırladım ki, Rza Pəhləvinin özü də 1925-ci ildə Rusiya və İngiltərənin türk Qacarlar sülaləsini devirməsi nəticəsində taxta çıxmışdı. Rza şahı məhv edən də məsələlərdən biri məhz Buşəhrdə Atom Elektrik Stansiyası tikməyə çalışması, İranın güclü dövlət olacağıyla bağlı verdiyi bəyanatlar idi. İndi də fars rejimi nüvə məsələsində ilişib. Hakimiyyətinin ömrünü nüvə proqramı vasitəsiylə uzatmağa çalışan fars rejiminin də ya vəlvələdən, ya zəlzələdən "Fatihə"si oxunacaq. Amma hələ ki əziyyət çəkən İran əhalisidir. Fars rejiminin tələsməsinin, buynuz göstərməsinin bir çox səbəbləri var. Onlardan biri də budur ki, bu rejim onu hakimiyyətə gətirən sahibinin qırımını, əhval-ruhiyyəsini bilir, sonu yaxınlaşdıqca daha da əsəbi olur. Əgər belə olmasaydı, sahibləri fars rejiminin həvəslə ortaya çıxardığı Buşəhr nüvə stansiyasını "Stuxnet" adlı kompüter virusuyla çökdürməzdi. Bu Nyu-Yorkda Birləşmiş Ştatların haqqında ağzına gələni danışan Mahmud Əhmədinejada kiçik bir xəbərdarlıqdır. "Mossad" və Mərkəzi Kəşfiyyat İdarəsi (CİA)nın virusu "Stuxnet" Buşəhrdə işləyən rus mütəxəssisin kompüterindən sızaraq nüvə stansiyasında işin tamam durmasına gətirib çıxarıb. Maraqlıdır ki, "stuxnet" sözü ruscadan bizim dilimizə vurmaq, taqqıldatmaq, tıqqıldatmaq kimi tərcümə olunur. Mərkəzi Kəşfiyyat İdarəsi, "Mossad", eləcə də Rusiya Federal Təhlükəsizlik Xidməti (yaxud, Dövlət Kəşfiyyat İdarəsi-QRU) İran rejiminin qapısını, evinin içini, ən toxunulmaz sayılan nüvə obyektinin içini tıqqıldadır. Bu virus İranın nüvə proqramıyla bağlı 30 min kompüterə çatıb. İranın dövlət sirlərini ölkə xaricinə çıxarmaq üçün proqramlaşdırılan bu virusun qarşısında aciz qalaraq Buşəhr nüvə stansiyasının işini dayandırıb. Bu virusun məhz İranın nüvə proqramı ilə bağlı hazırlandığı vurğulanır. Pentaqonun "Kiber Müharibə" İdarəsinin başında duran admiral Bernard Makkoylh "Stuxnet"in tarixdə görülən ən güclü virus olduğunu söyləyib, amma bu virusun onlarla əlaqəli olub-olmadığı barədə sualı cavablandırmayıb. Buşəhr nüvə stansiyasında baş verən olay İran prezidenti Mahmud Əhmədinejadı çox qəzəbləndirib. Dünya mətbuatı da, Azərbaycan mətbuatı da bu həqiqətləri yazır. Onu da yazır ki, İranın fars rejimi nə yolla olur-olsun öz hakimiyyətinin ömrünü uzatmaq üçün addımlar atdığından həm öz əhalisini, həm də qonşu ölkələri fəlakət qarşısında qoyur. Onu da deyim ki, sanksiyalar bir qədər də sərtləşəndə İranın fars rejimi ABŞ-la nə olur-olsun danışıqlar aparmaq üçün hər cür güzəştlərə hazır olacaqlar....Artıq Rusiya İranı ABŞ satıb. Medvedyevin İrana C-300 raket-zenit komlekslərinin satılmasına qoyduğu qadağa bunun ən bariz nümunəsidir. Əgər Kreml İrana S-300 raketlərini versəydi, Amerika Rusiya ilə möhkəm haqq-hesab çəkəcəkdi. Rusiya indi xeyli zəif dövlətdir, ABŞ-ın təftişinə davam gətirə bilməz. Bu ölkə get-gedə Vaşinqtonun kiçik partnyoruna çevrilir. O da ki bizim xeyrimizədir. Rusiya nə qədər öz imperiya qüdrətini, müstəqilliyini itirsə, bir o qədər kiçik, məzlum xalqlara xeyirdir. Torpaqları işğal altında olan xalqların müsibətlərinin müəllifi Rusiyadır.İran qonşu xalqlar üçün də fəlakətdir. Bu günlərdə ortaya çıxan məlumatlara görə ərəb ölkələri sülh dövründə görünməmiş silahlanmaya əl atıblar. İranın hərbi gücünə qarşı silahlanan Bəsrə körfəzindəki ərəb ölkələri ABŞ-dan 123 milyard dollarlıq silah-sursat alacaqlar. Ən çox Səudiyyə Ərəbistanı 67 milyard dollarlıq silah alacaq. Səudiyyə Ərəbistanın silahlanması neft ehtiyatlarının üçdə-ikisinə sahib olan Orta Şərq ölkələrində İranın nüvə proqramıyla bağlı qorxuların artmasının sübutudur. Dünya mətbuatıyla yanaşı, Azərbaycan mətbuatı da bu reallıqlardan, həqiqətlərdən yazır. Bildirir ki, İranın fars-molla rejiminin silahlanması təkcə İran əhalisi üçün deyil, bütövlükdə bölgə xalqlarını fəlakətlə üzləşdirə bilər. Məhz bunun nəticəsidir ki, İranın özündə belə hərbi xidmətdən yayınma halları ildən-ilə artır. Gənclər fars rejimini qorumaq üçün hərbi xidmətə vaxt sərf etmək istəmir və xarici ölkələrə üz tuturlar. Rejim xaricə qaçanların sayının çoxluğunu görüb, onlardan pul qoparmaq niyyətinə düşüb. Hətta İran polisi çağırış yaşına çatan ölkə vətəndaşlarını tibbi müayinədən keçirmək üçün xarici ölkələrə səfər edəcək. Əsasən xəstəliyə görə hərbi xidmətdən azad edilmişlər yoxlanılacaq. Fars rejimi bununla ABŞ-ın qarşısında dayanmaq mstəyir. Xatırladım ki, Birləşmiş Ştatların hərbi büdcəsi 800 milyard dollardan çoxdur, hər il isə Əfqanıstan və İraq müharibələrinə görə 600 milyard dollara yaxın əlavə vəsait ayrılır. Bəzən İran rəhbərliyi sanksiyaların heç bir nəticə vermədiyini bəyanlayırlar. Amma onu xüsusi vurğulamaq istəyirəm ki, ABŞ hələ indi sanksiyaları sərtləşdirmək fikrinə düşüb. Çox qısa bir vaxt ərzində İranın fars rejiminin Vaşinqtonla danışmaq üçün əlini hər yerə atmasının şahidi olacağıq. Nisbətən qansız-qadasız dəyişiklik isə Xübreqan Məclisinin, ayətullahların proseslərə vaxtında müdaxiləsiylə baş verə bilər. Elə bir müddət əvvəl Hillari Klinton da buna işarə vururdu....Son günlərdə İranın fars rejiminin güneyli soydaşlarımıza qarşı repressiyaları daha da azğınlaşıb. Məsələn, universitetdən uzaqlaşdırılan Əlirza Fərşi və onun həyat yoldaşı həbs olunub. Tikantəpədə ay-ulduzlu köynək geyinən soydaşımız tutulub, milli-mədəni fəal Yunis Süleymani Təbriz zindanında işgəncələrə məruz qalır. Bir neçə gün əvvəl zindanda Yürüş Mehrəlibəylinin barmaqları sındırılıb və s. Belə məlumatların sayı yüzlərlədir, minlərlədir. 35 milyon Güney Azərbaycan türkünə göz verib-işıq verməyən fars rejiminin Azərbaycan mətbuatını günahlandırması həyasızlığın bir nümunəsidir. Azərbaycan torpaqlarının işğalında birmənalı Ermənistana dəstək verən, hər imkanda Azərbaycan Respublikasına, nəhəng ərazilərimizin kiçik bir hissəsində yaratdığımız dövlətimizə zərbə vurmağa çalışan fars rejiminin fitnəkar mahiyyəti dönə-dönə üzə çıxıb. Fars mətbuat orqanlarının ölkəmiz haqqında qərəzli, fitnəkar məlumatları, "Səhər" telekanalının təxribat xarakterli verilişləri və s. birbaşa olaraq, Azərbaycan əleyhinə yönəlmiş ideoloji təxribatın tərkib hissələridir. 2006-cı ildə "İran" adlı rəsmi qəzetdə 35 milyon azərbaycanlını-İran vətəndaşlarını "tarakan" şəklində qələmə verən fars rejiminin "müsəlmançılığı", "qardaşlığı" bir daha ortaya çıxmışdı. Fars rejimi əqrəbə bənzəyir. Sancmaq, zəhərləmək, öldürmək əqrəbin adətidir. Məsələ orasındadır ki, əqrəb düşmənlərindən çox onun özünə (oxu- fars rejiminə) kömək edənləri sancır, məhv etməyə çalışır. Xalq cəbhəsi - Təbriz Quzeyli
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var