Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
GünAzTv: Vaşinqtonda hesab edirlər ki, Azərbaycan regionda ən çox uğurlar qazanan nüfuzlu ölkələrdən biridir.
Azərbaycan Prezidenti İlham Əliyevlə amerikalı həmkarı Barak Obama arasında keçirilən görüş ikitərəfli əlaqələrin kefiyyətcə yeni mərhələyə qədəm qoymasında mühüm rol oynayır. Heç şübhəsiz, dövlət başçılarının bu statusda ilk dəfə bir araya gəlməsi dünya siyasətində əhəmiyyətli çəkiyə malik ABŞ-la (Amerika Birləşmiş Ştatları) Cənubi Qafqazın lider dövləti olan Azərbaycan arasında əməkdaşlığın daha da sürətlənməsinə, xüsusilə strateji tərəfdaşlığın ruhuna zidd maneələrin aradan qaldırılmasına öz töhfəsini verəcək. Xarici müşahidəçilər də hesab edir ki, ABŞ rəhbərliyinin bu görüşə önəm verməsi rəsmi Vaşinqtonun Azərbaycana veridiyi qiymətin ifadəsidir. Söz yox ki, Nyu-York danışıqları ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində səylərinin daha da artırılmasına təsiri baxımdan məhsuldar sayıla bilər. Öncə, qeyd edək ki, görüşdə Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Ağ evin rəhbəri Prezident İlham Əliyevın liderlik rolunu qeyd edərək, Azərbaycanın regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biri olduğunu vurğulayıb. Bakı və Vaşinqton iqtisadi, enerji, təhlükəsizlik sahələrində yaxından əməkdaşlıq edir və Qərbdə Azərbaycanın regional çəkisini etiraf edirlər. Birləşmiş Ştatların dünya enerji təhlüksizliyinin təminatında ölkəmizin rolunu xüsusi vurğulaması təbiidir. Bu gün Azərbaycan Şərqlə Qərb arasında həyati əhəmiyyət kəsb edən bir körpüdür. Azərbaycan həm Qafqaz, həm də Xəzər hövzəsi regionunun aparıcı ölkəsi kimi çox mühüm geostrateji mövqeyə malikdir. Rəsmi Bakı regionda müstəqil enerji siyasəti də həyata keçirir. Qərb reallaşmaqda olan “Nabukko” layihəsini Azərbaycansız təsəvvür etmir. Ancaq, iki il öncə Gürcüstanda baş verən avqust hadisələri göstərdi ki, dondurulmuş münaqişələr bu kimi layihələrin təhlükəsizliyini ciddi təhdid edir. Ona görə də başda ABŞ olmaqla, Qərb müəyyən qüvvələrin əlində təsir vasitəsinə çevrilən “dondurulmuş münaqişə”lərin həlli istiqamətində səylərini artırır, ikili standart siyasətinin onların da milli maraqlarına yönəldiyinin fərqinə varır. Prezident İlham Əliyevin Barak Obama ilə görüşdən əvvəl Birləşmiş Ştatların dövlət katibinin Avrasiya energetika məsələləri üzrə nümayəndəsi Riçard Morninqstarla görüşdə də bu məsələni vurğulaması, xüsusilə Dağlıq Qarabağ probleminin həlli zəruriliyini qeyd etməsi təsadüfi deyil. Bütün hallarda, Azərbaycanı Avropanın və bölgənin təhlükəsizliyi üçün vacib enerji hasilatçısı və dəhlizi sayan Birləşmiş Ştatlar Dağlıq Qarabağ probleminə Qafqaz siyasətinin tərkib hissəsi kimi baxmalıdır. Rəsmi Vaşinqtonun bu yöndə məqsədyönlü addımı ABŞ-Azərbaycan əməkdaşlığının təməl bazası olmalıdır. Nyu-York görüşündə Azərbaycanla ABŞ-ın beynəlxalq antiterror əməliyyatlarında birgə fəaliyyəti də yüksək qiymətləndirilir. Bu, səbəbsiz deyil: Azərbaycan 2001-ci ilin 11 sentyabr olayından sonra anti-terror koalisiyasına ilk qoşulan ölkələr arasında idi. Bu, rəsmi Bakının Birləşmiş Ştatlara strateji tərəfdaş kimi verdiyi qiymətdir. Azərbaycan terrorun nə olduğunu bilir. Beynəlxalq səviyyədə tanınan erməni terror təşkilatlarının işğal altında olan ərazilərimizdə “məskunlaşması” ilə bağlı tutarlı faktlar var. “Əfqanıstan-İran-Dağlıq Qarabağ” marşrutları üzrə narkotik maddələrin daşınması ilə bağlı məlumatlar da beynəlxalq qurumların hesabatlarında öz əksini tapır. Deməli, ABŞ-ın Əfqanıstanda terrora qarşı apardığı mübarizənin effektivliyi həm də Dağlıq Qarabağdakı erməni separatçılarının zərərsizləşdirilməsindən asılıdır. Məsələnin başqa bir tərəfi də var. Azərbaycan terrora qarşı mübarizədə ABŞ-ın mühüm tərəfdaşıdır. Ölkəmiz Birləşmiş Ştatların Əfqanıstanla bağlı planlarında çox önəmli yerlərdən birini tutur. Azərbaycanın hava məkanından Əfqanıstana humanitar yüklərin daşınması üçün istifadə olunur. Üstəlik, Amerikanın İraqdan qoşunlarını tədricən çıxardığı bir vaxtda, xüsusilə “Manas” hərbi bazası ətrafında Rusiya-ABŞ münasibətlərinin gərginləşməsi fonunda Ağ evin rəsmi Bakıdan daha çox umacaqları var. Belə bir həssas dönəmdə isə ermənipərəst senatorların lobbiçiliyi ilə ABŞ Konqresinin Dağlıq Qarabağdakı erməni separatçılarına hər il yardımlar ayırması sadəcə başa düşülən deyil!. Digər tərəfdən, bu yanaşma həmsədr ölkə kimi Birləşmiş Ştatların da hazırladığı yenilənmiş “Madrid prinsipləri”nə əhəmiyyət verməyən Ermənistanı daha da azğınlaşdırır. BMT Baş Asambleyasının 65-ci sessiyasında prezident İlham Əliyevin bu məqamı xüsusi vurğulaması əslində, Dağlıq Qarabağ münaqişəsinin həllini BMT müstəvisində deyil, Minsk qrupu formatında arayan, yeni faktaraşdırıcı missiya ilə regiona gəlməyə hazırlaşan həmsədr ölkələrə növbəti mesajdır. Prezident bildirib ki, işğal olunmuş ərazilərdə Azərbaycanın heç bir tarixi və mədəni abidəsi qalmayıb, hamısı erməni vandalizminin qurbanı olub. Dövlət başçısı bir daha diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional təhlükəsizliyə ciddi problemlər yaratmaqdadır: “Ermənistan artıq uzun illərdir ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan hələ də işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etmək niyyətində deyil. Halbuki bu qətnamələr Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu tanıyır. Bundan əlavə, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam konfransı təşkilatı və digər beynəlxalq təşkilatlar da eyni mövqedən çıxış edirlər. Təəssüf ki, beynəlxalq ictimaiyyətin öz mövqeyini bəyan etməsinə baxmayaraq, Azərbaycan torpaqları hələ də işğal altındadır”.
Barak Obama ilə görüşdə rəsmi Bakının mövqeyi birmənalı olaraq diqqətə çatdırılıb: Dağlıq Qarabağ probleminin tezliklə nizamalanması regionda sülhün və sabitliyin təmin edılməsı baxımından zəruridir. Rəsmi İrəvan isə Minsk qrupunun həmsədrləri tərəfindən təklif edilmiş yenilənmiş “Madrid prinsipləri”nə hələ də cavab vermir. Bu səbəbdən əsas diqqət Ermənistanın işğalçılıq siyasəti ilə bağlı qəbul olunmuş 4 qətnamənin yerinə yetirilməsinə yönəldilməlidir. Təhlükəsizlik Şurasında əsas söz sahibi olan ölkələrdən biri də Birləşmiş Ştatlardır. Beləliklə, Nyu-York görüşü ABŞ-ın atmalı olduğu addımları daha da aktullaşdırıb. Ekspertlərin fikrincə, ABŞ prezidentinin azərbaycanlı həmkarı ilə görüşü Azərbaycanın bu bölgədə, bütövlükdə dünya siyasətində önəmli rol oynadığını nümayiş etdirir. Ona görə də Ağ evin Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklər etməlidir. İlk növbədə ABŞ Azərbaycana tətbiq olunan “Azadlığın Müdafiə Akı”na 907-ci düzələşi tam aradan qaldırımalı, bir ildən artıq boş qalmış Birləşmiş Ştatların ölkəmizdəki səfiri postu erməni lobbisinin “siyasi demaqogiya” mövzusuna çevrilməməlidir. Bir sözlə, məşhur politoloq Zbiqnev Byezinskinin təbirincə desək, dünyada qlobal liderlik statusunu bərpa etmək üçün “ikinci şans” arayan Birləşmiş Ştatların xarici siyasətində müəyyən korrektələr etməyin zamanıdır...
“1-ci kanal”ın Analitik Qrupu
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var