SON XƏBƏRLƏR

"SEPAH" rəsmisi terrorçulardan qısas aldıqlarını deyir

2021.10.20, 07:36
"SEPAH" rəsmisi terrorçulardan qısas aldıqlarını deyir

Gunaz.tv

GünAzTv: "SEPAH" rəsmisi beş gün əvvəl Mahabad şəhərindəki paradda terror aktı törətmiş cinayətkarlardan 30 nəfəri məhv edilib.

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Seyyidüşşühəda” qərargahının komandanı Əbdülrəsul Mahmudabadi sentyabrın 27-də jurnalistlərə açıqlamasında deyib ki, beş gün əvvəl Mahabad şəhərindəki paradda terror aktı törətmiş cinayətkarlardan 30 nəfəri məhv edilib.

Sentyabrın 22-də Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində İran-İraq müharibəsinin başlanmasının 30-cu ildönümünə həsr olunmuş hərbi parad zamanı törədilən partlayışda ən azı 12 nəfər həlak olub, 80-dən çox insan yaralanıb. İran mənbələri hadisəni bir kamikadzenin törətdiyini bildirir.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumatına görə, Əbdülrəsul Mahmuadabadi deyib ki, sentyabrın 26-da İran qüvvələri İraq ərazisində hərbi əməliyyat keçirib, Mahabadda terroru təşkil etmiş şəxslərdən 30-nu öldürüblər. O, hadisədə əli olan daha iki nəfərin axtarışına başladıqlarını vurğulayıb.

“Sepah” rəsmisi keçirdikləri hərbi əməliyyatda həlak olanların kimliyi və hansı siyasi qrupa bağlı olması barədə açıqlama verməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar