Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
GünAzTv: Rusiyanın İrana qarşı son davranışının səbəbi nədir? Politoloqlar bunu Kremlin Amerikaya reveransları ilə izah edirlər.
Xəbər verildiyi kimi, Rusiya prezidenti Dmitri Medvedyev fərman imzalayaraq Rusiyadan və Rusiya ərazisindən tranzit kimi istifadə edərək İrana silah tədarükünü qadağan edib. Fərmanda İrana S-300 zenit raket kompleksləri və digər müasir tipli silahların tədarük edilməsi yasaqlanır. Medvedyevin imzaladığı fərmana əsasən, tanklar, iri kalibrli artilleriya sistemləri, hərbi təyyarələr, hərbi helikopterlər, hərbi gəmilər, raket və ya raket sistemləri, S-300 zenit raket kompleksləri, ehtiyat hissələri də daxil olmaqla sadalananlarla bağlı istənilən vasitələrin Rusiya ərazisindən tranzit, eləcə də hava nəqliyyatı ilə ötürülməsi qadağan olunub.
Bundan başqa qeyd olunan silah növlərinin Rusiya ərazisindən İrana aparılması, Rusiya xaricində dəniz və hava gəmilərindən istifadə etməklə Rusiya dövlət bayrağı altında daşınması yasaqlanıb. Qeyd edək ki, qadağa İranın nüvə proqramı ilə bağlı olaraq Birləşmiş Millətlər (BM) Təhlükəsizlik Şurasında qəbul edilən sanksiya çərçivəsində həyata keçirilir. Rusiya bu qərarı qəbul etməyə bilərdimi? Onun İrana qarşı bu davranışının səbəbi nədir? “Mən hələ bir müddət əvvəl mətbuata açıqlama vermişdim ki, Rusiya İranı mütləq Amerikaya satacaq. Səbəb ondan ibarətdir ki, Rusiya üçün Amerika daha böyük əhəmiyyət kəsb edir, nəinki İran”. Politoloq Vəfa Quluzadə sualımıza cavabında belə dedi. Onun sözlərinə görə, Rusiya ildən-ilə Amerikanın əleyhinə blok təşkil etmək ideyasının reallaşacağına ümidini itirir: “Əgər Kreml İrana S-300 raketlərini versəydi, Amerika Rusiya ilə möhkəm haqq-hesab çəkəcəkdi. Rusiya indi xeyli zəif dövlətdi, Amerikanın təftişinə davam gətirə bilməz. Bu ölkə get-gedə Amerikanın kiçik partnyoruna çevrilir. O da ki bizim xeyrimizədir. Rusiya nə qədər öz imperiya qüdrətini, müstəqilliyini itirsə, bir o qədər kiçik, məzlum xalqlara xeyirdir. Torpaqları işğal altında olan xalqların müsibətlərinin başçısı Rusiyadır”. Politoloqa görə, Amerikanın təpkisi ola-ola Rusiya İrana silah satmağa cəsarət etməzdi. V.Quluzadə onu da qeyd etdi ki, sözügedən fərman Rusiya ilə İranın münasibətlərini mütləq korlayacaq: “Düzdür, İran olduqca praqmatik dövlətdir, Rusiyanı silah baxımından, gizlində nüvə texnologiyası almaq baxımından yaxşı istifadə edib və buna davam edəcək. Amma üzdən Rusiya mütləq özünü İrandan uzaqlaşdıracaq. Çünki Rusiya nə qədər Amerikanın partnyoru olsa da, bu ölkəyə nifrət edəcək. Rusiya imperiyadır, Amerika qalibdir, bu imperiya isə məğlubdur. Sovet İttifaqı çökdü, onun müttəfiqləri, sovet respublikaları, Baltik ölkələri NATO-ya daxil oldu. Rusiya üçün daha bir təhlükə başqa keçmiş sovet respublikalarının NATO-ya daxil olmaq istəkləridir. Artıq dünyanın yarısına nəzarət edən rus imperiyası çöküb. Ona görə də Rusiya İrandan üz döndərib Amerikanın kiçik partnyoru olmağa məcbur oldu. Fikir verin, bu boyda superdövlət İsraildən pilotsuz təyyarə alır. Daha sonra Fransadan hərbi gəmilər almaq istəyir, üstəlik, Amerikadan silah alacaqları ilə bağlı bəyanatlar verirlər”. Politoloqa görə, İranın Rusiyaya hər hansı cavab verəcəyi barədə dəqiq proqnoz vermək çətindir. Çünki bu iki ölkə arasında xeyli fərq var və İran zəifdir.Müsavat başqanının müavini Qabil Hüseynlinin sözlərinə görə, qeyd edilən fərman Dmitri Medvedyevin yeni təfəkkür tərzinə meylliliyi ilə bağlıdır: “Məsələn, prezident Putin olsaydı vəziyyət yəqin ki, tamam başqa cür olardı. Amma Medvedyev həm siyasi şüur etibarı ilə, həm də ki, bütövlükdə rəhbərlik stili ilə tamam fərqlənir. O, Rusiyanı Qərbə inteqrasiya etdirməyə çalışır və yaxşı başa düşür ki, zəifləmiş, texnoloji cəhətdən geriləmiş Rusiyanı yalnız Qərbin dəstəyi ilə irəli aparmaq mümkündür. Bax bu nöqteyi-nəzərdən son zamanlar Qərblə Rusiyanın bir çox məsələlərdə asanlıqla anlaşdığının şahidi oluruq. Medvedyevin imzaladığı fərman onu göstərir ki, Rusiya Qərbin, ilk növbədə də Amerikanın İrana qarşı qəbul etdiyi bütün sanksiyalara qoşulacaq və ona ciddi surətdə riayət edəcək”. Q.Hüseynlinin sözlərinə görə, Rusiyanın Qərbdən iqtisadi umacaqları da var. Məsələn, bu ölkə qabaqcıl Qərb texnologiyasına yiyələnmək üçün qarşılıqlı münasibətləri yaxşılaşdırır: “Hətta Medvedyev ideya atıb ki, Rusiya NATO-ya daxil ola bilər. Bu, misli görünməmiş ideyadır və onu göstərir ki, o, Qərblə yaxınlaşma siyasəti həyata keçirməklə həm də özünün siyasi ömrünü uzadır. Çünki artıq Putin elan edib ki, yenidən prezidentliyə namizədliyini verəcək”. Yeni musavat
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var