SON XƏBƏRLƏR

İran prezidentinə ədəbsiz dedilər

2021.10.20, 07:36
İran prezidentinə ədəbsiz dedilər

Gunaz.tv

GünAzTv: Nobel sülh mükafatı laureatı, Şərqi Timorun prezidenti Joze Ramuş Orta, İran prezidenti Mahmud Əhmədinejadın 11 sentyabr terror aktlarıyla bağlı dediklərini ədəbsizlik adlandırıb.

Mahmud Əhmədinejad BMT-nin sessiyasında çıxış edərkən deyib ki, çoxları hesab edir ki, bu terror aktlarını ABŞ (Amerika Birləşmiş Ştatları) hökumətinin özü təşkil edib.

 

Ramuş Orta dünən sessiyada məsələyə münasibət bildirərkən deyib ki, heç bir liderin əsas qaydaları və qəbul olunmuş davranış formasını pozmaq və bu məclisdə ədəbsizlik etmək haqqı yoxdur. Ramuş Orta eyni zamanda İranın dinc məqsədli nüvə proqramını inkişaf etdirməyə haqqı olduğunu deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar