SON XƏBƏRLƏR

İran Rusiyanı məhkəmə ilə hədələdi

2021.10.20, 07:36
İran Rusiyanı məhkəmə ilə hədələdi

Gunaz.tv

GünAzTv: İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət məsələləri Komitəsinin sədri Ələddin Borucerdi  Rusiyanı məhkəmə ilə hədələyib.

Rusiyanın İrana S-300 zenit raket komplekslərini satmaqdan imtina etməsi Tehranın sərt reaksiyasına səbəb olub.

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata göğrə, Moskvanı etibarsızlıqda günahlandıran İran müdafiə Naziri Əhməd Vahididən fərqli olaraq İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət məsələləri Komitəsinin sədri Ələddin Borucerdi  Rusiyanı məhkəmə ilə hədələyib.

Onun sözlərinə görə, əgər Rusiya S-300 kompekslərini İrana çatdırmasa, rəsmi Tehran məhkəmə qaydasında kompensasiya tələb edə bilər. 2007-ci ildə imzalanan 800 milyon dollarlıq anlaşmaya görə, S-300 zenit raket kompleksləri İrana satılmayacağı təqdirdə Rusiya Tehrana yüzdə 10 təzminat ödəməlidir.

Xatırladaq ki, Rusiya prezidenti Dmitri Medvedev İrana S-300 kompekslərinin satışının qadağan olunması ilə bağlı fərman imzalayıb. Buna BMT Təhlükəsizlik Şurasının uranın zənginləşdirilməsindən imtina etməyən İrana qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı qətnaməsi əsas göstərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar