SON XƏBƏRLƏR

Azərbaycanlı ailə haqqında çıxarılan məhkəmə hökmü...

2021.10.20, 07:36
Azərbaycanlı ailə haqqında çıxarılan məhkəmə hökmü...

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin "Güney Azərbaycan Portalı" saytına istinadən yaydığı məlumata görə, yenicə universitetdən uzaqlaşdırılan Əlirza Fərşi və onun həyat yoldaşı barədə 6 ay həbs cəzasına dair məhkəmə hökmü vardır.

 

Keçən il 22 may (1 xordad) milli qiyam gününün ildönümü zamanı  Təbrizin Şahgölündə tutuqlanan cütlük 98 gün həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılıb.

 

Şərqi Azərbaycan vilayətinin məhkəməsi ilk olaraq cənab Fərşi və onun həyat yoldaşı barədə hər biri üçün 1 il həbs cəzası hökmü çıxarıb. Sonra onların barəsində çıxarılan cəza hökmü Apelyasiya Məhkəməsi (Dadgahe təcdide nəzər) tərəfindən yüngülləşdirilib və məhkəmə 2010-cu il may ayının 23-də (xordadın 2-i) tənzimlənən hökmdə onların hər biri üçün 6 ay həbs qərarı verib.

 

Xatırladaq ki, cənab Əlirza Fərşi və onun həyat yoldaşı hər ikisidə ali təhsillidirlər. Fərşi bəy universitet ustadıdır. Həyat yoldaşı isə Güney Azərbaycanın bir çox qəzet və dərgisində jurnalist kimi fəaliyyət göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar