SON XƏBƏRLƏR

Tikantəpədə Ay-ulduzlu tişert giyən 3 soydaşımız tutuqlanıb

2021.10.20, 07:36
Tikantəpədə Ay-ulduzlu tişert giyən 3 soydaşımız tutuqlanıb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Tikantəpə şəhərinin Əmakin İdarəsi (ETTELAAT İdarəsinə bağlı bir orqandır) 3 soydaşımızı Ay-ulduzlu tişert (futbolka) geydiklərinə görə həbs edib.

 

GünAzTv mətbuat mərkəzinin "Güney Azərbaycan Portalı" saytına istinadən yaydığı məlumata görə, Əmakin məmurları tutulan soydaşlarımızın əynindən tişertləri çıxarıb və onların valideynlərindən istəyiblər ki, yeni paltar gətirib və övladlarını özləri ilə aparsınlar.

 

Həmçinin tutulanların birinin şəxsiyyət vəsiqəsi (şenasnamə) Əmakin məmurları tərəfindən alınıb. Sözü gedən tişertləri satan mağazanın sahibi isə təhdid olub və sorğu-suala çəkilib.

 

Xatırladaq ki, Tikantəpə Əmakininin bu tip anti-Azərbaycan hərəkətləri artiq adi hala çevrilib. Keçən həftələrdə Əmakin məmurları Azərbaycan sözünü bir neçə mağazanın şüşəsi və avtomobillərin üzərindən silmişdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar