SON XƏBƏRLƏR

Yunis Süleymani Təbriz zindanında ağır vəziyyətdə saxlanılır

2021.10.20, 07:36
Yunis Süleymani Təbriz zindanında ağır vəziyyətdə saxlanılır

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinə Güney mənbələrindən daxil olan məlumata görə,  azərbaycanlı milli-mədəni fəal cənab Yunis Süleymani Təbriz zindanında xüsusi təzyiqlərə məruz qalmaqdadır.

 

Məlumata görə, Süleymani fiziki işgəncələrə məruz qalıb və zindan məmurları tərəfindən təknəfərlik kameraya köçürülə biləcəyi barədə təhdid olunub.

 

Siyasi məhbuslar isə Zindan məmurlarının bu qərar və təhdidlərinə, aclıq aksiyası ilə cavab verəcəklərini bildiriblər. Məhbusların bu qərarı zindan məmurlarını öz mövqelərindən geri otuzdurub.

 

Qeyd edək ki, siyasi məhbuslar Təbriz zindanının maliyyə bölməsində (Bənd) saxlanılırlar. Yalnız 100 nəfər məhbus üçün nəzərdə tutulan bölmədə 170 nəfərin saxlanıldığı deyilir. Bununla yanaşı məhbusların saxlanıldığı yerin natəmiz olması və yeməklərinin keyfiyyətsiz olmasıda bildirilir.

 

Xatırladaq ki, cənab Yunis Süleymani ürək xəstəliyindən əziyyət çəkir. O hazırda saxlanıldığı həbsxanaya köçürülmədən öncə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanılan zaman ürək krizi keçirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar