SON XƏBƏRLƏR

İlin sonunadək nəticə olmasa, sülh danışıqları “öləcək”

2021.10.20, 07:36
İlin sonunadək nəticə olmasa, sülh danışıqları “öləcək”

Gunaz.tv

GünAzTv: Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabina Freyzer bəyan edib ki,  “ATƏT-in dekabrda keçiriləcək sammiti razılığın əldə edilməsi üçün ən əlverişli toplantıdır.”

 

“Əgər 2010-cu ilin sonunadək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əhəmiyyətli irəliləyiş olmasa, sülh danışıqlarını “ölmüş” hesab etmək olar”. Bunu Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabina Freyzer Ermənistanın “Jamanak” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ münaqişəsi diplomatik inteqrasiya mərhələsindədir.

GünAzTv mətbuat mərkəzinin "Ans press"-ə istinadən yaydığı məlumata görə, Danışıqların hazırkı mərhələsinə toxunan Sabina Freyzer deyib ki ATƏT-də və danışıqlar prosesində toxunulmayan, eləcə də tərəflər arasında müzakirə mövzusu olunmayan heç bir məsələ yoxdur: “İşğal olunmuş yeddi rayon qaytarılmalıdır. Laçın dəhlizinin statusunun hazırda müzakirə olunub-olunmadığını deyə bilmərəm. Bir şey aydındır ki, bu ərazilər işğal olunub. Onların statusunun dəyişdirilməsi Azərbaycanın nəzarətinə qaytarılması deməkdir”.“BMT nümayəndələri on ildən artıqdır ki, bölcəyə səfər etmirlər” deyən BBQ-nin proqram rəhbəri hesab edir ki, beynəlxalq təşkilatlar mövcud vəziyyətlə bağlı təsəvvürlərinin yaranması üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə daha fəal şəkildə müdaxilə etməlidirlər. Bu baxımdan, Sabina Freyzer ATƏT-in qiymətləndirmə missiyasında BMT təmsilçilərinin də iştirakını vacib sayır. Sabina Freyzerin fikrincə, rəsmi Bakının Dağlıq Qarabağ məsələsini BMT müstəvisinə çıxarması münaqişənin nizamlanmasına heç bir fayda verməyəcək: “Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda vasitəçilik ATƏT-in Minsk qrupunun səlahiyyətində olmalıdır və bütün səylər Minsk qrupu çərçivəsində edilməlidir. Digər tərəfdən, mən Azərbaycanın narahatlıqlarına anlayışla yanaşıram ki, ATƏT-in Minsk qrupunun səyləri heç bir nəticə verməyib. Amma gələcək aylarda gözlənilən dəyişikliklər Azərbaycanın Minsk qrupuna qarşı münasibətini dəyişdirə bilər. Ermənistanın ciddi problemi var. Belə ki, Azərbaycan nizamlamanın əsas prinsiplərini qəbul etsə də, Ermənistan bu addımı atmır. Ermənistan indiyədək əsas prinsiplərdə nəyi qəbuledilən sayıb-saymadığını konkret şəkildə bəyan etməyib. Bu isə nizamlama prosesində irəliləməyə imkan vermir”.BBQ rəsmisi bildirib ki, 2010-cu ilin sonlarınadək münaqişənin nizamlanması prosesi nəticə verməsə, prosesin başqa platformalara keçirilməsi cəhdləri sıxlaşacaq: “Ümid edirik ki, ATƏT-in Minsk qrupu əsas prinsiplər çərçivəsində uğur əldə edə biləcək. Məncə, danışıqlar masasında son illərin uzun və gərgin əməyi nəticəsində hazırlanmış ən yaxşı sənəd var. Lakin görürük ki, tərəflər prinsiplərə eyni cür yanaşmır və fikir ayrılıqları qalır. Məhz bu fikir ayrılırları münaqişənin nizamlanması üçün digər meydanların axtarılmasına səbə olur”.Sabina Freyzer hesab edir ki, ATƏT-in dekabrda keçiriləcək sammiti razılığın əldə edilməsi üçün ən əlverişli toplantıdır: “Əgər bu atmosfer tərəfləri razılığa gəlməyə və hansısa sənədi imzalamaya ruhlandırsa, bu faktın təminatçısı sammitin iştirakçıları ola bilərlər.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar