SON XƏBƏRLƏR

Barak Obama: Əhmədinejadın sözləri təhqiramiz və nifrətlə dolu idi

2021.10.20, 07:36
Barak Obama: Əhmədinejadın sözləri təhqiramiz və nifrətlə dolu idi

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Biləşmiş Ştatları)  prezidenti Barak Obama İran lideri Mahmud Əhmədinejadın 11 sentyabr terror aktları barədə açıqlamalarını «təhqiramiz», «nifrət dolu» və «bağışlanmaz» adlandırıb.«Bu (Əhmədinejadın çıxışı) təhqiramiz idi. Bu nifrətlə dolu idi. Xüsusən də onun Manhettendə Ground Zero-dan (11 sentyabrda dağılmış Ümumdünya ticarət mərkəzinin qüllələrinin yerləşdiyi yer) bir az şimalda çıxış etdiyini nəzərə alsaq. Bu yerdə ailələr öz sevimli insanlarını itiriblər, bütün dinlərdən, bütün irqlərdən olan insanlar bu hadisəni nəslin əsas faciəsi sayırlar. Belə olan halda bu cür bəyanatlar bağışlanmazdır», deyə Obama bəyan edib.Xatırladaq ki, BMT Baş Assambleyasının 65-ci sessiyasında etdiyi çıxışı zamanı İran lideri 11 sentyabr 2001-ci il terror hücumunu ABŞ rəhbərliyinin təşkil edə biləcəyini bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar