SON XƏBƏRLƏR

Dağlıq Qarabağ məsələsi ilə bağlı rəsmi Moskvadan müsbət addım

2021.10.20, 07:36
Dağlıq Qarabağ məsələsi ilə bağlı rəsmi Moskvadan müsbət addım

Gunaz.tv

GünAzTv: Rusiyanın xarici işlər nazirliyi bildirir ki, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında separatçı Dağlıq Qarabağ rejimi iştirak edə bilməz.

 

Nazirliyin rəsmisi Andrey Kelin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Abxaziya və Osetiya münaqişələrindən də mürəkkəbdir. İndiki mərhələdə tərəflər siyasi iradə nümayiş etdirərək, Madrid prinsipləri çərçivəsində əsas prinsipləri razılaşdırmalıdır.

 

Rusiya prezidentinin münaqişənin konstruktiv yolla həllinə tərəfdar olduğunu diqqətə çatdıran nazirlik rəsmisi vurğulayıb ki, Ermənistan  Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı həmkarı, Azərbaycan isə strateji müttəfiqidir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar