SON XƏBƏRLƏR

İrandan Suriyaya partlayıcı maddə daşıyan gəmi dayandırılıb

2021.10.20, 07:36
İrandan Suriyaya partlayıcı maddə daşıyan gəmi dayandırılıb

Gunaz.tv

GünAzTv: Sentyabrın 22-də İtaliya polisi İrandan Suriyaya 7 ton “RDX” partlayıcı maddəsi daşıyan yük gəmisini dayandırdığını açıqlayıb.

 

Açıqlamaya görə, Liberiyada qeydiyyata alınan gəmidəki konteynerdə daşınan partlayıcı maddə quru süd məhsulları arasında yerləşdirilibmiş.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, dağıdıcı gücə malik “RDX” partlayıcı maddəsinin daha çox hərbi sənayedə istifadə edildiyi vurğulanır. İtaliya polisi məsələ ilə bağlı saxladığı şəxslərin kimliyi barədə açıqlama verməyib.

 

Bir məqam da diqqət çəkir: İtaliya polisi gəmini avqustun 27-də saxlasa da, xəbəri yenicə yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar