SON XƏBƏRLƏR

Medvedyevdən İrana maliyyə zərbəsi

2021.10.20, 07:36
Medvedyevdən İrana maliyyə zərbəsi

Gunaz.tv

GünAzTv: Rusiya prezidenti Dmitri Medvedyev Moskva ilə Tehran arasında maliyyə əməliyyatlarını məhdudlaşdırıb.

RİA "Novosti"nin verdiyi məlumata görə, Rusiyanın fiziki və hüquqi şəxslərinin İranda nüvə sahəsinə aidiyyəti ola biləcəyi güman edilən sahələrlə maliyyə əməliyyatlarının aparılması qadağan edilib.

Xatırladaq ki, dünən Rusiya İranla aralarında razılaşmanın olmasına baxmayaraq bu ölkəyə "C-300" zenit-raket kompleksləri satmaqdan imtina edib. Moskva bunu BMT Təhlükəsizlik Şurasının İrana tətbiq etdiyi sanksiyalarla əsaslandırıb. Artıq ABŞ Rusiyanın bu qərarına münasibət bildirib. Ağ Evdən verilən açıqlamada deyilir: "ABŞ hökuməti hesab edir ki, bu qərar Vaşinqtonla Moskva arasında əməkdaşlığın yaxşı səviyyədə olduğundan xəbər verir". Lakin Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov vurğulayıb ki, Medvedyevin imzaladığı sərəncam-sanksiyalara uyğun olaraq yalnız 7 istiqamət üzrə hərbi-texniki əməkdaşlığı məhdudlaşdırır. Lakin Moskva Tehranla hərbi əməkdaşlığını davam etdirəcək. Bu münasibətlərin genişləndirilməsi üçün başqa sahələr də mövcuddur: "Rusiya digər ölkələrə silah satışı və hərbi əməkdaşlıq məsələlərinə daim məsuliyyətli yanaşıb. Bundan sonra da belə olacaq". Lakin İran da bu addımların cavabsız qalmayacağını açıqlayıb. Tehrandan gələn bəyanatlarda Rusiya kəskin tənqid edilməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar