İranda iki polis zabiti öldürüldü
İsfahanda daha bir etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
GünAzTv: Bu işə erməni diasporu və hökuməti dəstək verir, Azərbaycan beynəlxalq normaların açıq-aşkar pozulması faktına qarşı diplomatik imkanları səfərbər edir.
Araşdırmalar göstərib ki, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində iqtisadi baxımdan heç bir perspektivin olmadığını görən, qanunsuz məskunlaşma üçün onlara ayrılan ilkin yardımları xərclədikdən sonra dolanışıq problemi ilə qarşılaşan ermənilər son bir ildə kütləvi şəkildə Şimali Qafqaza və digər yerlərə köçür. Bu köçdən narahat olan Ermənistan hökuməti diasporun qanunsuz məskunlaşma siyasətinə dəstəyinin artırılmasına çalışır. Əvvəllər Ermənistan qanunsuz məskunlaşmanı əsasən işğal altında olan Laçın və Kəlbəcər rayonlarında həyata keçirirdi. Ancaq məlumatlar var ki, son vaxtlar Ağdam, Füzuli və Cəbrayıl rayonları ərazisinə də ermənilərin qanunsuz köçürülməsi halları artıb. Bu siyasəti Ermənistandan və xaricdən “bir kvadratmetr də ərazini qaytarmamaq” prinsipini irəli sürən qatı millətçi erməni çevrələri də dəstəkləyir.
Rəsmi Bakıdan diplomatik həmlə
İşğal altındakı bölgələrdə qanunsuz məskunlaşma barədə vəziyyəti izləyən Azərbaycan bu ilin əvvəllərindən başlayaraq həmin ərazilərə beynəlxalq missiyanın göndərilməsinə dair məsələ qaldırıb. Prezident İlham Əliyev bu ilin aprelində Bakıda keçirilən beynəlxalq konfranslardan birindəki çıxışı zamanı demişdi ki, Ermənistan işğal faktını möhkəmləndirmək üçün qanunsuz məskunlaşma siyasətini davam etdirir. Dövlət başçısı 5 il əvvəl ATƏT-in işğal olunmuş bölgələrdə vəziyyəti araşdırmaq üçün missiya göndərdiyini və beynəlxalq normalara zidd olan bu faktın təsdiqləndiyini deyib: “Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparıb. Halbuki onların insan resursları məhduddur. Lakin onlar yenə də de-fakto yaşayışın olması vəziyyətini yaratmaq istəyirlər. Buna görə, hesab edirəm ki, ATƏT üçün mühüm vaxt yetişib və biz belə bir ideya ilə çıxış edəcəyik ki, artıq beş il ötüb, digər faktaraşdırıcı missiya təşkil olunsun. Belə olsa, müxtəlif təsisatların nümayəndələri həmin yerlərə gedib nəyin baş verdiyini görə bilər. Bizdə belə bir məlumat var ki, qanunsuz məskunlaşma davam edir. Bu, tamamilə qəbuledilməzdir”.
5 il əvvəlki beynəlxalq missiya qanunsuz məskunlaşmanı təsdiqləmişdi
Ermənistan işğal altındakı bölgələrdə qanunsuz məskunlaşma da daxil olmaqla, işğal siyasətinin digər təzahürlərinin beynəlxalq missiya tərəfindən araşdırılmasına bir qayda olaraq qarşı çıxır. Lakin 5 il əvvəl rəsmi Bakı belə missiyanın təşkilinə nail olmuşdu. Həmin missiyanın hesabatı Azərbaycan tərəfindən təqdim edilmiş faktları əsasən təsdiqləyib. Bununla belə, beynəlxalq təşkilatlar-münaqişənin nizamlanması üçün vasitəçilik edən Minsk Qrupu, işğal edilmiş ərazilərin dərhal boşaldılmasını tələb edən 4 qətnamə çıxaran BMT, işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşmanı pisləyən qətnamə qəbul edən Avropa Şurası Parlament Assambleyası və digərləri Ermənistanın bu siyasətə son qoyması üçün əməli addım atmayıb. Baxmayaraq ki, həmin missiya kifayət qədər ciddi faktları ortaya qoymuşdu və nə qədər neytral görünməyə çalışsa da Ermənistanın işğal altında olan ərazilərdə etnik təmizləmə siyasəti apardığı, hər şeyi, o cümlədən tarix-mədəniyyət abidələrini dağıtdığı, ekoloji balansı pozduğu oradakı faktlardan görünürdü. Azərbaycan tərəfinin müxtəlif mənbələrdən topladığı məlumatlara əsasən, 2005-ci ilə qədər işğal altındakı bölgələrə xarici ölkələrdən və Ermənistandan 23 minə yaxın erməni köçürülmüşdü. ATƏT-in 2006-cı ildə işğal altındakı bölgələrdə vəziyyəti araşdıran missiyası isə bu rəqəmin 17 minə yaxın olduğunu göstərib. Rəqəmlər arasında fərq olsa da, 17 min özü də kifayət qədər böyük rəqəmdir və Ermənistanın Azərbaycan ərazilərində kütləvi şəkildə qanunsuz məskunlaşma apardığını açıq-aşkar nümayiş etdirirdi.
Laçın əsas hədəfdir
Həmin missiya xüsusən Laçın rayonunda sürətli məskunlaşma getdiyini qeydə alıb. Həmin vaxt orada azı 8-11 min adamın yerləşdirildiyi bildirilirdi. Lakin Ermənistan mənbələrinin məlumatlarından da görünür ki, ATƏT missiyası Laçında qanunsuz məskunlaşanların sayını azı iki dəfə azaldıb. Məsələn, bu günlərdə Ermənistanda Levon Ter-Petrosyanın başçılıq etdiyi müxalifət hərəkatının koordinatoru Levon Zurabyan bildirmişdi ki, təkcə onların hakimiyyəti dövründə (1998-ci ilə qədər-red.) Laçın rayonunda əhalinin sayı sıfırdan 15 minə qədər artmışdı. Doğrudur, həmin missiya hesabatında göstərmişdi ki, işğal altında olan ərazilərdə məskunlaşanlar əsasən Bakıdan və Sumqayıtdan qaçan ermənilərdir. Lakin missiya bitərəflik xatirinə hesabat daxil etdiyi bu ifadələrlə yanaşı xaricdən də ermənilərin bu bölgələrə köçürüldüyünü qeydə alıb. Rəsmi Bakı 5 il əvvəl həmin missiyanın yaradılmasına və işğal altındakı bölgələrə göndərilməsinə məsələni BMT-nin müzakirəsinə çıxardıqdan sonra nail ola bilmişdi. Məsələnin BMT gündəminə çıxarılmasından narahat olan Ermənistan Bakının bu barədə qətnamə layihəsini geri çəkməsinin əvəzində missiyanın işğal altında olan ərazilərdə vəziyyəti araşdırmasına razılıq vermişdi. Belə görünür ki, 5 il sonra da rəsmi Bakı bu uğurlu diplomatik taktikadan faydalanıb. Xəbər verildiyi kimi, bu günlərdə regionda səfərdə olan Minsk Qrupu həmsədrləri bildiriblər ki, gələn ay işğal altındakı ərazilərdə vəziyyəti öyrənmək üçün beynəlxalq missiya gələcək. Rəsmi Bakı isə işğal altındakı ərazilərdə vəziyyətə dair qətnamə layihəsini son anda BMT Baş Assambleyasının 64-cü sessiyasının plenar iclasında səsverməyə çıxarmaqdan imtina etdi və bunu beynəlxalq missiyanın bölgəyə göndərilməsi barədə əldə edilən razılıqla əsaslandırdı. Bakının sözügedən qətnamə layihəsini geri çəkməsi bir çox ekspertlər tərəfindən tənqid edilsə də belə görünür ki, bu, indiki situasiyada ən düzgün taktikadır. Çünki həmin qətnaməyə dair səsverməni təxirə salmağın əvəzində işğal altındakı bölgələrə yeni beynəlxalq missiyanın göndərilməsinə nail olmaq önəmli nəticədir. Missiyanın tərkibində BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının və BMT-nin İnkişaf Proqramının nümayəndələrinin də yer alacağı gözlənilir. Xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, missiyadan işğal altındakı bütün ərazilərə baş çəkmək tələb olunacaq. Bu da rəsmi Bakının Dağlıq Qarabağ ətrafındakı digər rayonlarda da qanunsuz məskunlaşmanın artmasından xəbərdar olduğunu göstərir.
Gələn ay yeni missiya gəlir, ancaq faktları toplamaq üçün uzağa getmək lazım deyil
Sözügedən beynəlxalq missiyanın araşdırmanı nə dərəcədə obyektiv aparacağı hələ məlum deyil. Lakin araşdırma aparmaq üçün heç uzağa getmədən Ermənistan hökumətinin rəsmilərinin, o cümlədən Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçilərinin müxtəlif vaxtlarda verdikləri açıqlamalara və məlumatlara nəzər salmaq olar. Məsələn, Ermənistan hökuməti ötən il elan edib ki, Dağlıq Qarabağ və ətraf rayonlarda erməni ailələrinin məskunlaşdırılması ilə bağlı xüsusi konsepsiya həyata keçiriləcək. Bu konsepsiya Ermənistandan və ya dünyanın hər hansı ölkəsindən Qarabağa köçən erməni ailələrinə ödənən birdəfəlik təmənnasız yardımın məbləğinin iki dəfə artırılaraq 1 milyon drama (təqribən 3275 dollara) çatdırılmasını nəzərdə tutur. Bundan başqa, köçürüləcək ailələrin yerləşdiriləcəyi ərazilərin coğrafiyasında da dəyişikliklər edilib. Yəni ermənilər təkcə Laçın və Kəlbəcərə deyil, Ağdam, Füzuli və digər rayonlar da yerləşdirilməsinə başlanılıb. Separatçı rejimin təmsilçilərindən biri Narine Azatyan isə deyirdi: “Dağlıq Qarabağa və nəzarətimizdə olan ərazilərə erməni ailələrin köçürülməsində erməni diasporunun yardımlarına bel bağlayırıq. Biz köçəcək ailələrə yalnız 1 milyon dramlıq yardım göstərə bilirik ki, bu da təbii, böyük məbləğ deyil. Diaspor öz sözünü deməli, Dağlıq Qarabağa gələn ailələrə dəstək verməlidir”. Onun sözlərinə görə, Fransa, Belçika və Argentinadakı erməni icmaları Dağlıq Qarabağa köçmək fikrində olan hər ailəyə 10 min dollar yardım göstərəcəklərini vəd ediblər. Bundan başqa, Azərbaycanın işğal edilmiş rayonlarında, Kəlbəcər və Laçın rayonlarında məskunlaşmaq fikrinə düşən erməni ailələrinin hər birinə 0,5 hektar torpaq, 1 ton buğda, 500 kq qarğıdalı, 500 kq arpa, 400 kq kartof, 2 kubmetr taxta, 600 kq sement, 300 kq armatur veriləcək ki, onlar köçdükləri yerdə ev tikib ilk müddətdə yaşamla bağlı problemlərlə qarşılaşmasınlar. Erməni ailələri məskunlaşandan sonrakı 5 il ərzində gəlir və torpaq vergilərindən, 1 il ərzində isə kommunal tariflərin ödənilməsindən azad edilirlər. Elə ermənilərin özləri tərəfindən yayılan bu məlumatlar göstərir ki, qanunsuz məskunlaşma Ermənistanın dövlət siyasətidir və söhbət Azərbaycandan qaçan ermənilərin özbaşına məskunlaşmasından getmir. Yəni bu məskunlaşmaya humanitar aspektlərdən heç cür haqq qazandırmaq mümkün deyil.
Təkcə ermənilər deyil, PKK-çılar da məskunlaşır
Erməni tərəfinin açıqladığı statistikadan da qanunsuz məskunlaşma faktı görünür. Bu statistikaya görə Dağlıq Qarabağda və işğal altındakı digər ərazilərimizdə yaşayan ermənilərin sayı hazırda 140 mini keçir. Lakin bölgədəki demoqrafik vəziyyətə bələd olanlar yaxşı bilir ki, ağır sosial-iqtisadi şəraitin hökm sürdüyü bir vaxtda ermənilərin bu cür artımı mümkün ola bilməzdi. Hesablamalar və müxtəlif mənbələrdən toplanan məlumatlar hazırda işğal altındakı ərazilərdə qanunsuz məskunlaşan ermənilərin sayının 30 minə yaxın olduğunu deməyə əsas verir. Bu bölgələrdə təkcə ermənilər yox, PKK-ya bağlı kürdlərində də yerləşdirildiyi məlumdur. Bunu Türkiyənin kəşfiyyatı da üzə çıxarıb. PKK-çı kürdlər əsasən Laçın və Kəlbəcərdə məskunlaşdırılır. Rəsmi Bakı da PKK-çıların Qarabağda məskunlaşdığını təsdiqləyir. Şübhə yoxdur ki, işğal altındakı bölgələrdə bu terror təşkilatı mənsublarının yerləşdirilməsi Ermənistanın gələcəkdə onlardan Azərbaycana qarşı terror aktları həyata keçirmək üçün faydalanmaq niyyətini göstərir. Yeni musavat
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var